SİYASƏT
A- A A+

ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat rəsmi Yerevanın bütün iddialarının üzərindən xətt çəkir

2019-03-12 08:45:41

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropaya uğursuz səfərindən sonra, ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat rəsmi Yerevanın bütün iddialarının üzərindən xətt çəkir

Hesab edirəm ki, baş verənləri daha dəqiq şəkildə dəyərləndirmək üçün danışıqlar formatının dəyişdirilməsi ilə bağlı ritorikanı iflasa uğradan sonuncu yanaşmadan - ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından əvvəl Avropa İttifaqı rəsmilərinin açıqlamalarına diqqət çəkmək lazımdır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri ilə görüşündə ərazi bütövlüyünün mühüm amil olduğunu bildirib və qeyd edib ki, Nikol Paşinyan danışıqlarda ilkin şərt olmadan və tam şəkildə iştirak etməlidir. E.Mirzəbəylinin sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə Paşinyanla görüşündə bəyan edib ki, Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz və beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir. Donald Tusk, eyni zamanda, danışıqların formatının dəyişdirilməsinin mümkün olmayacağını Paşinyanın diqqətinə çatdırıb.

Göründüyü kimi Avropa İttifaqı rəsmilərinin açıqlamalarında 3 əsas şərt nəzərə çarpır: Danışıqların formatı dəyişdirilə bilməz; münaqişə ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır; status-kvo dəyişdirilməlidir. Yəni danışıqların süni şəkildə uzadılmasına zəmin yaradan heç bir iddia irəli sürülməməlidir. O deyib: “Bu şərtlər isə Azərbaycanın mövqeyini demək olar ki, tam şəkildə ifadə edir. Məlum olduğu kimi həmsədrlərin bəyanatında da qeyd olunur ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz. Eyni zamanda, həmsədrlər bəyan edirlər ki, işğal altında olan ərazilərimizin azad edilməsi və məcburi köçkünlərin öz yurd yerlərinə qayıtmasının danışıqların əsasını təşkil edir. Həmçinin həmsədrlərin bəyanatında deyilir ki, danışıqların təməlində Helsinki Yekun Aktının prinsipləri dayanmalıdır”. E.Mirzəbəyli bildirib ki, Helsinki Yekun Aktının prinsipləri isə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı amilini önə çəkir. Bütün bunlar isə sübuta yetirir ki, Ermənistanın əsassız iddialarına qarşı irəli sürülən tələblər həm Avropa İttifaqının, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bütövlükdə beynəlxalq birliyin münaqişənin həllinə vahid yanaşmasıdır.

“Şübhəsiz ki, bu yanaşmanın ortaya çıxmasında Prezident İlham Əliyevin prinsipial və qəti mövqeyi müstəsna rol oynayıb. Ermənistanın indiki şəraitdə danışıqları mövcud şərtlər çərçivəsində davam etdirməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə Ermənistan mövcud reallıqların doğuracağı diplomatik, iqtisadi-siyasi və hərbi nəticələrlə barışmalı olacaq”,- deyə siyasi ekspert qeyd edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 165

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...