MƏDƏNİ
A- A A+

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində gördüyü işlər yüksək qiymətləndirilib

2019-03-09 09:45:12

BMT-nin insan haqları üzrə 40-cı sessiyasında iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bu tədbir çərçivəsində Cenevrədə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəziri ilə görüşüb

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. U.Mirzəyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlının hüquqlarının pozulmasından danışıb, fəlakət nəticəsində ətraf mühitə, sosial-iqtisadi infrastruktura dəyən ziyan haqda məlumat verib.

İ.Cəziri Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişafı, eləcə də mədəniyyətlərarası dialoq və tolerantlıq, islamafobiyaya qarşı mübarizə sahəsində görülən işlərin önəmini xüsusi vurğulayıb. Etnik, dini, milli münaqişələri kəskin şəkildə pisləyən İ.Cəziri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində qətnamə üzərində iş aparıldığını və BAMF-ın bu məsələyə töhfə verə biləcəyini ifadə edib. O, Bakıya səfəri zamanı gələcək birgə əməkdaşlığın qurulması üçün ikitərəfli memorandumun imzalanması istiqamətində müzakirələrdən məmnunluğunu bildirib.

Səfər çərçivəsində U.Mirzəyev BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar ilə də görüşü olub. Söhbət zamanı U.Mirzəyev BAMF və Azərbaycanda əlilliyi olan şəxslərin vətəndaş cəmiyyəti qurumları, bu qəbildən olan şəxsləri əhatə edən ittifaqın fəaliyyəti barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada yer alan müharibə əlilləri və əlilliyi olan digər şəxslərin gördüyü işlərdən söz açıb.

Xanım Katalina Devandas Aquilar Azərbaycana səfəri zamanı əlilliyi olan şəxslərin birləşdikləri vətəndaş cəmiyyəti qurumları ilə görüşün təşkilinə dair təklifi yüksək dəyərləndirib. BAMF prezidenti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə BMT-nin xüsusi məruzəçisinə təbriklərini çatdırıb və ona kəlağayı hədiyyə edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 933

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...