QHT və MEDİA
A- A A+

Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb

2019-03-07 12:10:22

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb

Görüşdə Şuranın fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev bildirib ki, Şuranın 2019-cu ildən etibarən 13 yeni elektron xidməti fəaliyyətə başlayacaq. Bu Şuranın fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da artırılması, həmçinin çevikliyin və operativliyin təmin olunmasına istiqamətlənib. Azay Quliyev bildirib ki, 2013-cü ildə Şura ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və əməkdaşlıq haqqında Memorandum" imzalanıb. Sənəd 4 il müddətində Azərbaycan və Rusiya QHT-lərinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığını nəzərdə tuturdu. Hazırda Şura ilə İctimai Palata arasında iki ölkənin ictimai həyatı üçün aktual olan məsələlərin əksini tapacağı, QHT-lər arasında əməkdaşlığın inkişafını nəzərdə tutan yeni Memorandumun imzalanması məqsədilə danışıqlar aparılır.

Görüşdə Azərbaycan və Rusiya vətəndaş cəmiyyətləri arasında dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə məqsədilə iki ölkə QHT-lərinin beynəlxalq Forumunun keçirilməsinə dair müzakirələr aparılıb.

Azay Quliyev Şura ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumunun imzalandığını deyərək, ölkələrin ictimai əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə əməkdaşlığın üç tərəfli olması (Azərbaycan- Rusiya- Türkiyə) təşəbbüsü ilə çıxış edib.

Səfir Mixail Boçarnikov Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığının hər iki ölkə üçün faydalı olduğunu vurğulayaraq Şura və İctimai Palata arasında yeni Memorandumun imzalanmasının vacib olduğunu deyib.(qhtxeber.az)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 520

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...