SOSİAL
A- A A+

Ermənistan ordusundakı ölüm faktları gizlədilir

2019-03-06 11:55:11

Ermənistan ordusundakı ölüm faktları gizlədilir

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryan məlumat verib. Andranik Koçaryan bildirib ki, müdafiə nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almırlar. Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırmalıdır. Günahı olan istənilən şəxs - istər general, istər zabit və digər hərbiçi öz layiqli cəzasını almalıdır. Onun sözlərinə görə, bu ənənənin əsası Serj Sarkisyanın hakimiyyəti dövründə qoyulub və hələ də davam etdirilir. Hüquq müdafiəçisi Janna Aleksanyan son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. O qeyd edib ki, 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədən kənar halların baş verir. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olmasıdır. Yəni əsgərlər alçaldılırlar və döyülürlər. Aleksanyan əsgər Yurik Broyanın işgəncələrə məruz qalması faktına da toxunub. Bildirib ki, Broyanın psixi problemi var, əsəb xəstəsidir və onu orduya aparıblar. Ermənistanda ictimai-siyasi vəziyyət də gərginləşir. İşğalçı ölkədə vətəndaş qarşıdurması gözlənilir. Etiraz aksiyalarında iştirak edən tanınmış şəxslər bu fikirdədilər. Yazıçı-publisist Narek Malyan bu çıxışından sonra bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. 10 ilə yaxın müddətdə Ermənistan Daxili İşlər Nazirliyində müşavir vəzifəsində çalışan Malyan bunun planlı şəkildə edildiyini deyib. Zərərçəkmiş bildirib ki, Paşinyan bu cür hallar barədə dərindən düşünsün. Onun ətrafına topladığı insanların hamısı quldurdur. Aldıqları qrantlar hesabına isə ölkədə istədiklərini edirlər.


Kateqoriya : SOSİAL Baxış sayı : 651

QHT və MEDİA

2020-08-12 07:15:24

QHT və MEDİA
Azərbaycan səfirinin müsahibəsi Niderlan...
Azərbaycan səfirinin müsahibəsi Niderlan...

Niderlandın “Live i Live BV” və “Proost” şirkətləri tərəfindən ənənəvi olaraq...

2020-08-11 08:10:22

QHT və MEDİA
Azay Quliyev başa çatan təlimlər haqda: ...
Azay Quliyev başa çatan təlimlər haqda: ...

“Azərbaycan və Türkiyə ordusunun birgə döyüş təlimləri bu gün uğurla başa çat...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...