SOSİAL
A- A A+

SOCAR-da məşhur neftçi Usta Pirinin 150 illik yubileyi qeyd olundu

2019-03-05 20:20:39

Martın 5-də SOCAR Tower-də məşhur qazma ustası, neft sənayemiz tarixində mühüm yer tutan Dostməmməd oğlu Quliyevin (Usta Pirinin) 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, tanınmış qazma mütəxəssisləri və Usta Pirinin qohumları iştirak etmişlər. Usta Piri haqqında hazırlanmış film nümayiş etdirilmiş, Prezidentin fərdi təqaüdçüsü Rafiq Abdullayev, 1885-ci ildən Bakı Neft şirkətində çalışmış Usta Piri və onun əmək fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “İyirminci əsrin əvvəlində dünyada neftə olan tələbatın yarısından çoxunu təmin etmiş, İkinci dünya müharibəsində isə faşizm üzərində qələbənin əldə edilməsində xüsusi rol oynamış Azərbaycan neft sənayesinin inkişaf salnaməsində Piri Quliyev kimi əfsanəvi neftçilərimizin fəaliyyəti əhəmiyyətli yer tutur. Xalqımızın Usta Piri kimi zəhmətkeş övladları qədim tarixə malik olan Azərbaycanın neft sənayesini təcəssüm etdirir. Onların əzmkar ruhu, uca amalları bu gün də SOCAR-da çalışan gənc Azərbaycan neftçilərinin fədakar və yorulmaz fəaliyyətində yaşamaqdadır”.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxış edərək demişdir: “Azərbaycanın neft sənayesinin 170 ildən artıq şöhrətli bir tarixi var. Bu tarixi Usta Piri kimi istedadlı, işgüzar, əməksevər insanlar yaratmışlar. Əbədiyyətə qovuşmuş görkəmli neftçilərin xatirəsinin SOCAR-ın baş ofisində keçirilən mərasimlərdə yad edilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Neftçilərin müasir nəsli üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Bu gün SOCAR-da və onun müəssisələrində çalışanlar Usta Piri kimi şöhrətli neftçilərin xidmətləri barədə geniş məlumata malik olmalı, onların əmək ənənələlərini mənimsəyib davam etdirməli, müstəqil Azərbaycanın tərəqqisi işinə layiqli töhfələr verməlidirlər.” AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Pərviz Məmmədov Usta Pirinin əmək fəaliyyətindən bəhs etmiş, ondan sonra gələn neftçi nəsillərinin Usta Pirinin təcrübəsindən bəhrələndiyini bildirmişdir.

Quliyevlər ailəsi adından Usta Pirinin nəvəsi Piri Quluzadə çıxış edərək belə bir tədbirin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. \

Xatırladaq ki, Usta Piri kimi məşhur olan Piri Quliyev 2 mart 1869-cu ildə Əmircan kəndində doğulub. O 1887-1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı yataqlarında qazma ustası, 1904-cü ildən isə baş qazma ustası vəzifələrində çalışmışdır. 1920-ci illərdə neft sənayesində qazma işlərinin bərpası dövründə böyük işlər görmüş, 1924-1926-cı illərdə ABŞ-da işgüzar səfərdə olmuşdur. Onun rəhbərliyi altında Kaliforniyada Signal Hill şirkətində bir quyu qazılıb istifadəyə verilmişdir.

Usta Piri həmçinin Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. ABŞ-ın neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını keçmiş SSRİ-yə gətirərək tətbiq edən Piri Quliyev 1926-cı ildən - "Azneft" MMC-də yeni yataqların kəşfiyyatı şöbəsinin müdiri olmuş, Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismarı proseslərində yaxından iştirak etmişdir. Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Piri Quliyev 1938-ci ildə Əmək Qəhrəmanı fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Usta Piri 1951-ci ildə dünyasını dəyişmişdir. Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 308

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...