SİYASƏT
A- A A+

Rafael Hüseynov: Sosial mediada azadlıqla azğınlığın sərhədləri dəqiq müəyyənləşdirilməlidir

2019-03-05 09:35:27

.

Demokratik dəyərlər və kütləvi informasiya vasitələri, insan hüquqları və mətbuat, eləcə də sosial şəbəkələrdə ifadə azadlığı və onun hüdudları kimi həssas mövzular son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında, təşkil etdiyi müxtəlif dəyirmi masalarda daimi yer almaqdadır. Qurumun növbəti yaz sessiyası ərəfəsində keçirilən komitə iclaslarında həmin mövzulara yenidən diqqət yönəldilməsi ənənəviləşmiş xəttin davamı kimi qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin martın 4-də İspaniyanın Qranada şəhərindəki tarixi Əlhambra sarayında keçirilən iclasında gündəliyə çıxarılan məruzələrdən ikisi bilavasitə bu problemlər dairəsi ilə bağlı idi. Təsadüfi deyil ki, ispaniyalı deputat Xose Çepedanın hazırladığı “Sosial media: ictimai təhdidlər, yaxud insan hüquqlarına qarşı təhlükələr” adlı məruzə də geniş fikir mübadilələri doğurdu. Həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə sosial medianın ictimai-siyasi həyatdakı yeri məsələsinə toxunaraq dedi: “XX əsrin son onillərinə qədər kütləvi informasiya vasitələri deyərkən biz qəzet və jurnalları, radio-televiziyaları, informasiya agentliklərini nəzərdə tuturduq. Lakin internet erasının başlanması ilə qısa bir zaman içərisində yaranan və bütün dünyanı əhatə edən sosial şəbəkə bu anlayışı mahiyyəti etibarilə dəyişdi. İnternet kabusunun bəhrəsi kimi yaranan sosial şəbəkə son dərəcə qısa bir vaxt ərzində klassik media modelini laxlada, onun müvazinətini poza bildi.

Onun yerini tutmadı, amma səviyyəsinin də, nüfuzunun da aşağı düşməsinə nəzərəçarpacaq ziyan vurmağı bacardı. Bu təbii gedişləmi baş verdi, ya idarəolunan bir prosesin nəticəsi olaraqmı yarandı? Bu, artıq ayrıca təhlil tələb edən başqa sualdır. Sosial şəbəkə rəsmi medianın alternativi, rəqibi kimi deyil, dublikatı olmaq iddiası kimi ortaya çıxıb. Lakin dublikatın sürəti də, intriqası da, macəraçı cazibədarlığı da çox olduğundan qısa müddətdə cəmiyyət həyatında və düşüncədə özünə yer tutub. Nəticə etibarı ilə müəyyən faydalarına, gərəkliliyinə baxmayaraq sosial şəbəkə tədricən bəzi yönləri ilə həm də nəhəng media virusuna çevrilib”.

Deputat Rafael Hüseynov sosial şəbəkədə baş verən bəzi arzuolunmaz prosesləri informasiya mühitinin ekologiyasını pozan təmayüllər kimi dəyərləndirərək deyib: “Yeni dövrün ekoloji təhlükələri sırasında ən narahatlıq doğuranlarından biri informasiya mühitinin çirkləndirilməsidir. Həm də digər ekoloji bəlalardan fərqli olaraq bu təmayül istisnasız olaraq bütün dünyanı əhatə edir. Başlıca səbəb də odur ki, biz hamımız eyni bir “hörümçəyin torun”dayıq. Sosial şəbəkədə müşahidə edilən qeyri-peşəkarlıq, təəssüf ki, kütləvi informasiya vasitələrinə daha çox sirayət etməyə, onu içəridən zədələməyə, öz kökünə salmağa başladı. Dezinformasiya da, müxtəlif növ təbliğat və antitəbliğat da müəyyən həcmdə mətbuatda həmişə olub. Amma heç vaxt indiki kimi geniş, kütləvi, çılpaq və dağıdıcı səciyyə daşımayıb. Bu gün sosial şəbəkə həm qəzet-jurnal, həm radio-televiziya, həm də hər yaxşı-yaman, yalan-doğru xəbəri eşidəcəyin ictimai məkandır. Sosial şəbəkədə heç də hər şey pis deyil. Lakin məhz sosial şəbəkə getdikcə daha artıq ölçülərdə informasiya başıpozuqluğuna, milli, irqi, dini ayrı-seçkiliyə rəvac verən, nifrətyayıcı çıxışlara meydan açır”.

Sosial şəbəkənin bütün təqdir olunası cəhətləri ilə yanaşı, doğurduğu mənfi təmayüllərlə insan haqlarına, demokratik dəyərlərə təhlükələr törətməsi, bu təhdidlərdən necə qurtulmaq məsələsinə toxunan Rafael Hüseynov mümkün yolları da göstərib: “İfadə azadlığı, təbii ki, demokratiyanın bizə verdiyi ən üstün nemətlərdəndir. Lakin sosial şəbəkədə ifadə azadlığının bəzi hallarda ifadə azğınlığına çevrilməsi demokratiya pərdəsi altında birbaşa olaraq insan hüquqlarının pozulmasına gətirib çıxarır. Bəs bu hallarla mübarizənin yolu hansı, şərtləri nədir? Sosial şəbəkədəki xaosun dayandırılmasının əsas açarı nəzarət mexanizmlərinin gücləndirilməsi, hüquqi cavabdehliyin artırılmasıdır. Sosial şəbəkə istifadəçisi olmaqdan ötrü qeydiyyat sərtləşdirilməli, qapalı imzalılıq yasaq edilməli, hər kəs yalnız öz kimlik vəsiqəsi ilə tanınmalıdır. Eləcə də lap başlanğıcdan potensial istifadəçi hansı qaydalara əməl etməli olması ilə bağlı hüquqi məsuliyyət daşıdığını müəyyən edən müqaviləni təsdiqləməlidir. Sosial şəbəkədə ayrı-ayrı insanlara, populyar şəxsiyyətlərə, eləcə də dövlətlərə, xalqlara qarşı elə arzuolunmaz təqdimatlarla qarşılaşırıq ki, bunlar həm qanunlara, həm demokratik dəyərlərə, həm də insan hüquqlarına qarşı açıq təhdidlər sayılmalıdır. Çox zaman bu qəbil çıxışların ardında konkret qüvvələr, kəşfiyyatlar, maliyyə resursları dayanır. Sosial şəbəkələrdəki anonimlik məsələsi aradan qaldırılarsa, hüquqi mexanizmlər daha sərrast fəaliyyətə başlayarsa, belə xoşagəlməz və qanunazidd hallar azalar”.

Azərbaycanlı deputat hamı üçün ortaq olan sosial şəbəkədə nizam yaratmaq üçün səylərin daha da artırılmasının, müştərək mübarizənin vacib olduğunu vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 257

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...