CƏMİYYƏT
A- A A+

2018-ci ilin əsas kibertəhdidləri açıqlanıb

2019-03-05 08:20:00

.

“Microsoft” korporasiyası “bulud” servislərindən keçən 6,5 trilyondan çox siqnalı təhlil edərək kibertəhdidlər haqqında hesabat dərc edib. Azadinform xarici mediaya istinadən xəbər verir ki, tədqiqata görə, 2018-ci ildə dünyada fişinq hücumlarının sayında 350 faizdən çox artım qeydə alınıb. Orta aylıq fişinq göstəricisi 0,14 faizdən (aylıq 644 milyon məktub) 0,49 faizədək (2,254 milyard) yüksəlib. Korporasiya nümayəndələrinin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək, çünki cinayət əməlləri texniki boşluqların deyil, insan zəifliyinin axtarışına yönəlib. Fırıldaqçı virusların sayının 73 faiz azalmasını bildirən “Microsoft” analitikləri qeyd ediblər ki, cinayətkarlar bu nəzərəçarpacaq metoddan daha gizli hücumlara keçiblər. Buna səbəb isə istifadəçilərin təhlükələrə daha düzgün reaksiya verməyə başlamasıdır: cinayətkarlara pul ödəməkdə imtina edirlər, məlumatların ehtiyat nüsxəsini tətbiq edirlər.

Ötən il fırıldaqçı viruslar orta aylıq hücumların sayında kriptovalyuta istehsalından geri qalıb (0,12 faizə nisbətdə 0,05 faiz). Cinayətkarlar tərəfindən rəqəmli valyutaların gizli istehsalı üçün proqramların aktiv tətbiqinə və kriptovalyutaların generasiyası üçün qurbanların kompüterlərinin hesablama gücündən istifadəyə başlanılıb. Müdaxilə təkcə sistemin məhsuldarlığını azaltmır, eyni zamanda daha böyük ziyan vurur. Kriptovalyuta istehsalı virusları ilə daha çox qarşılaşan ölkələr siyahısına Efiopiya (5,58 faiz), Tanzaniya (1,83 faiz) və Pakistan (1,47 faiz) daxildir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 634

QHT və MEDİA

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...