SOSİAL
A- A A+

Şəhid polislərin əksəriyyətinin vərəsələrinin sənədləri nazirliyə təqdim edilib

2019-03-05 06:55:19

Şəhid polislərin artıq əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli Fərmanının icrası olaraq, birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələrini də əhatə edir. Şəhid polis əməkdaşları ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı ƏƏSMN-nin rəsmi saytının (sosial.gov.az) “Birdəfəlik ödəmə” bölməsində yerləşdirilib. Vərəsələr həmin bölmədə daxili işlər orqanlarının şəhid olmuş əməkdaşının adı, soyadı və atasının adını qeyd edərək, birdəfəlik ödəməni almaq hüquqlarının olub-olmadığını öyrənirlər. Bundan sonra birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edir və onların sənədləri elektron qaydada ƏƏSMN-ə təqdim olunur. Nazirlikdəki müvafiq Komissiya isə şəhidlərin vərəsələrinin sənədləri əsasında birdəfəlik ödəmənin verilməsinə dair qərarlar qəbul edir. 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarından ibarət 400 nəfərdən çox şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları müəyyən olunub. Onlardan artıq əksər şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 238

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...

2019-07-12 08:10:00

İQTİSADİ
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 1...