TƏDQİQATLAR
A- A A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb

2019-03-04 08:55:34

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 79-cu kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin martından may ayınadək olan dövrü əhatə edir

Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri V Qlobal Bakı Forumu olub. Forumun 2017-ci il martın 16-da keçirilən açılış mərasimində Azərbaycanın regionda və dünyada güclü mövqeyə malik olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir.

Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə, bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problemi varsa, burada hər iki tərəf əziyyət çəkir. Bu səbəbdən Ermənistan istisna olmaqla, bizim bütün qonşularımız ilə çox yaxşı əlaqələrimiz var. Biz çoxlu sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət layihələri həyata keçiririk ki, onlar xalqlarımızı daha da yaxınlaşdırır”. Kitaba Prezident İlham Əliyevin Fransa və İrana səfərləri, Bakıya səfər etmiş Qazaxıstan Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb. Oxucu bu kitabda Prezident İlham Əliyevin Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.

Çoxcildliyin 79-cu kitabında Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start mərasimində, Bakı Ali Neft Məktəbinin yeni şəhərciyinin açılışında, Novruz bayramı münasibətilə İçərişəhərdə təşkil olunan bayram şənliyində çıxış və nitqlərinin mətnləri toplanıb.

Bu nəşrdə dövlətimizin başçısının Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində, həmçinin Yevlax rayonunda qeyri-neft ixracatçılarının respublika müşavirəsində, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqlərinin mətnləri də yer alıb.

Kitaba Prezident İlham Əliyevin “İslamın həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransın, Qafqazşünaslıq I Beynəlxalq Forumunun, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın iştirakçılarına məktubları və digər məktublar daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 79-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 219

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...

2019-07-12 08:10:00

İQTİSADİ
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 1...