QHT və MEDİA
A- A A+

Qazi Universitetində soyqırımla bağlı tədbir keçirilib

2019-03-03 09:45:16

.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün atdığı addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Cənab Prezidentin rəhbərliyi altında 2019-cu il fevralın 26-da Xocalı soyqırımının qurbanlarının əziz xatirələrinin yad edilməsi məqsədilə Xətai rayonundakı “Ana harayı” abidəsinin ümumxalq ziyarəti düşmən tərəfinin ciddi narahatlığına səbəb olub.

Bütövlükdə, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı qurbanlarının əziz xatirələrinin anılması, bu soyqırıma beynəlxalq təşkilat və parlamentlər tərəfindən siyasi-hüquqi qiymət verilməsi üçün zəruri tədbirlər davam etdirilir. Bu ilin fevralında dünyanın bir çox ölkələrində olduğu kimi, qardaş ölkə olan Türkiyədə də yüksək səviyyədə tədbirlər təşkil edildi.Tədbirlərdə Heydər Əliyev Fondunun, habelə, digər ictimai təşkilatların hazırladıqları əyani vəsaitlərdən istifadə edildi. Belə tədbirlərdən biri Ankara Qazi Universitetində keçirildi.

Öncə Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndirildi, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Ankara Qazi Universitetinin Rektoru, Prof., Dr.İbrahim Uslan Türkiyənin həmişə qardaş ölkə olan Azərbaycanın yanında olduğunu qeyd etdi. Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər İbrahim son 200 il ərzində Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqı və dövləti hazırda bölgədə baş verən prosesləri izləyir. Sülh yolu ilə alınmasa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti işğal edilmiş torpaqları müharibə yolu ilə azad edəcəyi kimsədə şübhə doğurmamalıdır.

Prof.Dr.Alov Cakmakoğlu da erməni terrorizminin bütövlükdə insanlığa və şəxsən türk dünyasına bir ləkə olduğunu qeyd etdi.Məlum soyqırım zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürdükləri ehtiyatda olan Tibb xidmətı kapitanı, Respublikanın Əməkdar həkimi, “Azərbaycan bayrağı” ordenli, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü Məmməd Nağıyev o dəhşətli gecə və sonrakı günlərdə terrorçuların əsir götürdüklərinə qarşı etdikləri vəhşiliklərdən danışdı. Daha sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olundu.

Şamilə Şamilqızı, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşı.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 431

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...