SİYASƏT
A- A A+

"Azərbaycan danışıqlara üçüncü tərəfin cəlb olunması ilə bağlı Paşinyan stereotipini sındırdı"

2019-03-03 09:20:54

Azərbaycan və Ermənistan rəhbərlərinin gələcək görüşü ilə bağlı müsbət məqam ondan ibarətdir ki, biz danışıqlar prosesinə üçüncü tərəfin, yəni separatçı rejimin nümayəndələrinin cəlb olunması ilə bağlı Paşinyan stereotipini sındıra bildik

Bunu Trend-ə azərbaycanlı politoloq, sabiq doplomat Fikrət Sadıqov deyib. F.Sadıqovun sözlərinə görə, N.Paşinyanın “Biz danışıqlara Qarabağ problemini həll etmək üçün getmirik, hələ danışıqlar prosesinə hazırlaşırıq” kimi sərsəm açıqlamalar verməsinə baxmayaraq, bütün bunlar reallıqdan uzaq sözlərdir:

“Paşinyan başa düşür ki, əsas iştirakçılar Ermənistan və Azərbaycandır, çünki onlar münaqişə tərəfləridir və bu problemlə bağlı məsələlərin nizamlanması onlardan asılıdır. Aydındır ki, bütün bu müddət ərzində Dağlıq Qarabağa doğru addımlar atıb və deyib ki, onların adından çıxış etməyəcək. İşə çatdıqda isə, fikrimcə, Paşinyan başa düşür ki, Ermənistanın rifahı, onun təcriddən çıxması və gələcək mövcudluğu güzəştlərdən və münaqişənin tam həllindən, Azərbaycan torpaqlarının azad edilməsindən asılıdır, amma belə görünür ki, o özünü tam əmin hiss etmir”.

Politoloq bildirib ki, N.Paşinyan Ermənistanın düşdüyü vəziyyətin ziyanını anlayır: “Fikrimcə, indiki Ermənistan rəhbərliyi nə cür əngəllər törətməyə çalışsa da, yekunda başa düşməlidir ki, onların gələcəyi münaqişənin tam həllindən, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından asılıdır. Düşünürəm ki, söhbət mərhələli nizamlamanı, yəni əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, daha sonra Dağlıq Qarabağla bağlı danışıqları nəzərdə tutan Madrid prinsiplərindən gedərkən bu, danışıqlar prosesinin indiki mərhələsində əsas şərtdir”. F.Sadıqov hesab edir ki, Azərbaycan N.Paşinyana siyasi, diplomatik və hətta hərbi təzyiq göstərməlidir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 333

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...