SOSİAL
A- A A+

Əli Əhmədov: "İslahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək"

2019-03-02 21:05:22

Azərbaycanda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməyə başlayıb və bunun əsasında sosial sahədə mühüm tədbirlər həyata keçirilir

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın bu gün keçirilən ümumrespublika müşavirəsində deyib. Ə.Əhmədov bildirib ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarla ölkəmizdə insanların sosial həyatının yaxşılaşdırılması istiqamətində çox ciddi işlər görülür: “Bu il Azərbaycan tarixində əhəmiyyətli il olacaq, həmçinin bir sıra sahələrdə irəliləyişlərin əldə edilməsi baxımından önəmli il olacaq. İqtisadi sahədə islahatlar aparılır və davam edəcək. Bu ilin əvvəlindən vacib sərəncamlar verilib və insanların sosial həyatının yaxşılaşması əsas hədəf seçilib. Əməkhaqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildəndir və alqışalayiqdir".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dövlətinin həyata keçirdiyi işlərin mərkəzində insanların həyatının yaxşılaşması dayanır.

Onun sözlərinə görə, sosial proqramların genişlənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların öz bəhrəsini verdiyini göstərir: “Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımlara şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sahədə həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq". Ə.Əhmədov qeyd edib ki, xalq sosial siyasəti aydın şəkildə görməlidir: "Bilməlidir ki, dövlətin siyasətinin mərkəzində hər zaman xalqın rifahı dayanır. Dərin islahatlar dövlətin qüdrətini artırmaq məqsədi daşımaqla yanaşı, əhalinin firavan yaşamasına da şərait yaradır”.


Kateqoriya : SOSİAL Baxış sayı : 600

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...