SİYASƏT
A- A A+

Əsir və girov götürülmüş şəxslərlə bağlı yeni məlumatlar açıqlandı

2015-09-02 09:20:31

4013 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb

Bu ilin 6 ayı ərzində aparılmış araşdırma zamanı 9 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Əsir və İtkin Düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı açıqlanan hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, bu müddətdə 15 itkinin taleyi müəyyənləşdirilib. Onların adının siyahıdan çıxarılması üçün Komissiya sədrinə məruzə edilməsi nəzərdə tutulur. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Bundan başqa, aparılmış axtarış və araşdırma tədbirləri nəticəsində 6 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terror-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüb. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 1434 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 65 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov aparılması ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş və əsir-girovluqdan azad edilmiş 30 şəxslə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 147 nəfər barədə 173 sorğu göndərilib. 157 itkin barədə toplanmış əlavə məlumatlar aidiyyəti üzrə bazaya, 518 nəfər barədə toplanmış materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunub.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1155

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...