CƏMİYYƏT
A- A A+

Unudulmayan insan- Mircəfər Seyidov

2019-03-02 16:40:59

“Unudulmayan insanlar” rubrikasında Azərbaycan dövlətinə, cəmiyyətinə şərəflə xidmət edən müxtəlif şəxslərin həyatından, keçdiyi ömür yoldan söhbət açırıq

Ömür karvanını, Allahın qismət etdiyi taleyi insan yaşadıqca qocalır, cismani olaraq bir gün bu dünyanı tərk edir. Ancaq öz əməlləri ilə bütün mənalarda unudulmayan şəxslərdə olur.

Hər zaman həyat yoluna nəzər saldığımız, insanların Vətənə, xalqa xidmətlərini əsas tutaraq bu yazıları hazırlamağı düşünürük. Qarabağ müharibəsində döyüşüb qəhrəmanlıqlar göstərən, elmin, təhsilin inkişafına böyük töhfələr verən, idarəetmə sistemində və digər sahələrdə xidmətləri olmuş şəxslərin ömür yoluna müxtəlif rakurslardan baxmaq maraqlı olar. Bu dəfə haqqında söhbət gedən şəxs neftçi, alim Mircəfər Seyidovdur.

Mircəfər Seyidov 1935-ci ildə doğulub. 1959-cu ildə Azərbaycan Neft Kimya institutunu bitirib. O, təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə fəhləlikdən başlayır. Daha sonra usta köməkçisi, sahə rəisi, mədən müdiri, baş mexanik, istehsalat xidmətinin rəisi və digər vəzifələrdə çalışıb. Mircəfər Seyidovla təmasda olanların fikrincə o, sıravi neftçidən tutmuş Abşeron NQÇİ-də rəis vəzifəsinə qədər yüksəlsə də hər zaman ən yaxşı insan olaraq öz simasını qoruyub saxlayıb.

O, istehsalatla, neft sənayesi ilə bərabər elm sahəsinə də diqqət göstərir və xeyli uğurlara nail olur. Texnika elmlər namizədi, 18 ixtiranın, 3 elmi-texniki kitabın, 34 monoqrafiyanın müəllifi olan Mircəfər müəllim Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü, EKO Enerji Akademiyasının professoru olub. Mircəfər Seyidov bu gün həyatda olmasa da onu tanıyanlar, onunla birlikdə çalışanlar onu yalnız xeyirxah insan, peşəkar neftçi kimi xatırlayır.

Vaxtılə onunla birlikdə çalışmış, belə demək mümksə Mircəfər müəllimin yetirmələrinin xatirələrini indi dinləyək.

Əhmədov Səməd:(86 yaş təqaüdçü) -Mən 1955-ci ildən neft sənayesində çalışıram. Əmək naliyyətlərimə görə, dəfələrlə təltif olunmuşam. 1993-cü ilin fevral ayında Mircəfər Seyidov Abşeron NQÇİ-yə rəis təyin edildikdən sonra onun rəhbərliyi altında müxtəlif vəzifələrdə çalışmışam. Mircəfər müəllim elə bir vaxtda vəzifəyə gətirilmişdi, demək olar ki, neft hasilatı tamam düşmüşdü. Hətta belə bir fikir səslənirdi ki, bu idarə rentabelliyini itirdiyinə görə, bağlansın və yaxud çox az işçi qüvvəsi saxlanılaraq başqa bir NQÇİ-yə birləşdirilsin. İşçilərin də böyük əksəriyyəti ixtisara düşəcəkdi. Məhz belə məqamda Mircəfər Seyidov bizim idarəni, belə böyük kollektivi xilas etməklə uğurlara nail oldu.

- Mircəfər Seyidov idarəçilik sistemini necə qurmuşdu?

-O, öz işini yüksək səviyyədə bilən, məsuliyyətli və çox xeyirxah insan idi. Bu prinsip idarəni dağılmaq təhlükəsindən xilas etmişdi. Mircəfər müəllim neft sahəsinin bütün incəliklərini zərgər dəqiqliyi ilə bilən insan idi. Məhz onun peşəkarlığı, məsuliyyətli davranışı bu idarəni, böyük kollektivi işsizlikdən xilas etdi.

Nəsibov Mühəddin Qaraca olu (68 yaş təqaüdçü)

-Mən Mircəfər müəllimlə birlikdə 1993-cü ildən 2005-ci ilə kimi çalışmışıq. İdarədə şöbə rəisi kimi çalışaraq gündəlik onunla görüşürdük, Onun haqqında bu gün danışmaq çox qürurvericidir. Mircəfər müəllimin davranışı, işə məsuliyyəti, xeyirxah əməlləri gənc nəsil üçün bir nümunədir. Yaxşı xatırlayıram həmin vaxtda əmək haqqları az olurdu, sonra ödənişlərdə aylarla gecikmə halları baş verirdi. Bir dəfə mən xahiş etdim mənim əmək haqqım bir az tez verilsin. Mircəfər müəllim ərk edərək bildirdi ki, Mühəddin, sən bir az dözə bilərsən. Elə ailələr var bu gün onların vəziyyətini nəzərə alıb əmək haqqlarını birinci növbədə vermək lazımdır. Ehtiyac içərisində yaşayan insanları necə maaşsız qoymaq olar? Bu gün mən Mircəfər müəllimə rəhmət oxuyaraq onun nə qədər haqlı, xeyirxah, insanpərvər olduğunu hiss edirəm. Xalq Cəbhəsinin bəzi üzvləri ona qarşı çox hörmətsizlik etdilər. Sonradan Mircəfər müəllim bu, pislikləri unudaraq onları işlə təmin etdi. O, elə bir insan idi işinin peşəkarı olan və məsuliyyətlə çalışan hər bir kəsə qarşı xeyirxahlıq edirdi.

Oruc Mustafayev Həmkarlar Təşkilatının sədri:

Mircəfər müəllim deyirdi pis işçi yoxdur. Sadəcə işin bilməyən rəhbər var. Qeyd olunduğu kimi o, bu, idarəyə vəzifəyə gələndə neft hasilatı sutkalıq 250 ton idi. Sonrada Mircəfər müəllim bu rəqəmi 500 min tona qaldırdı. Bu, Mircəfər müəllimin uğurlu iş metodologiyasının nəticəsi idi. Digər tərəfdən bu idarənin rentabelliyinin artması qəsəbə əhalisinin işsizlik probleminin aradan qaldırılmasına, qəsəbənin infrastrukturunun qorunmasına, yeni inşaat işlərinin davam etməsinə təkan vermişdi. Əslində Mircəfər Seyidovun rəhbərliyi ilə Abşeron NQÇİ fəaliyyəti Pirallahı qəsəbəsilə bərabər yaxın kəndlər üçün sosial-iqtisadi bir layihə idi. Bu gün həm Pirallahı qəsəbəsində, həm də Zirə kəndində ağsaqqlar hər cümə yığışanda Mircəfər müəllimin xatirəsi yad edirlir, ona rəhmət oxuyurlar. Onun güclü kadr siyasəti var idi. Mən deyərdim biz onun yetirmələriyik. Çalışırıq ki, Mircəfər müəllimin bizə qoyub getdiyi ənənələr hər zaman qorunub saxlansın.

Sosial İnkişaf şöbəsinin müdiri Şamil Kazımov

-1995-ci ildə Mircəfər müəllim məni işə qəbul etdi. Onun iş prinsipi çox gözəl idi. O, işçiyə sərbəstlik verməklə bərabər məsuliyyətli çalışmağı öyrədirdi. İşçiyə ən yaxşı örnək olan rəhbər birmənalı şəkildə iş mexanizmi yaradır. Mircəfər müəllimdə bu prinsip çox yaxşı təcrübəyə çevrildi. Mən onu yalnız peşəkar rəhbər, xeyirxah əməllər sahibi olan, dövlətinə sədaqətli şəxs kimi xatırlayıram.

Geoloq Elşən Qarayev Mircəfər müəllimin incə yumor hissindən söhbət açaraq bildirib: “Mən onunla xeyli müddət bir yerdə çalışmışam. Bir dəfə idarəmizdə böyük toplantı keçiriləcəkdi. Mircəfər müəllim mənə bildirdi ki, Elşən sən çıxış edəcəksən. Mən dedim ki, Mircəfər müəllim mənim nitqim, danışığım yaxşı deyil. Mən necə çıxış edə bilərəm? O, çox təmkinlə bildirdiki sən çıxış etməlisən, qoy hamı görsün mən sənin əlindən nələr çəkirəm. O, çox incə yumor hissilə bizə bir çox mətləbəri anlatdı. Allah ona rəhmət eləsin həm işinin peşəkarı idi, həm də çörək verən insan olub.

“Azneft” İstehsalat Birliyi "Abşeronneft" NQÇİ-in baş geoloqu Fazil İbrahimov Mircəfər müəllimllə bağlı xatirələrini bölüşüb:

“Mən 1996-cı ildə institutu bitirib Abşeronneft" NQÇİ-yə təyinat almışdım. Həmin vaxt idarənin rəisi işləyən Mircəfər Seyidovun yanına gəldim. Şəhərdən xeyli uzaqda yerləşən Pirallahı qəsəbəsinə gəlsəm də Mircəfər müəllimin qəbuluna birinci gün düşə bilmədim. Çünki həmin dövrdə əmək haqqlarının gecikməsi ilə əlaqədar olaraq işçilər rəisin qəbuluna kütləvi şəkildə gəlirdilər. Nəhayət, ikinci gün məni Mircəfər müəllim qəbul etdi. Onun nurani çöhrəsi vardı. Məni səbrlə dinlədi və sənədlərimi imzaladı. Mənə dedi ki, səni 2-ci mədənə fəhlə kimi işə götürəcəyik. Əlin mazuta batsın sonra geoloq vəzifəsinə keçərsən. Əvvəlcə fəhlə işləmək lazımdı ki, rəhbər vəzifələrdə çalışanda fəhlənin qədrini biləsən. Bu gündə Mircəfər müəllimin həmin sözləri mənim qulağımda qalıb. O, özü də əmək fəaliyyətinə fəhləlikdən başlamışdı.Mircəfər müəllimin yüksəkliyi onda idiki vəzifədə işlədiyi dövrlərdə işçinin qədrini bilirdi”.

Fazil İbrahimov Mircəfər müəllimini xeyirxah əməllərinin heç zaman unudulmadığını vurğulyıb: “O, 2005-ci ildə Abşeron NQÇİ-nin rəisi vəzifəsindən çıxmışdı. Artıq bir neçə il olar o, dünyasın dəyişib. Mən tam səmimi deyərdim elə bir gün olmaz bizim işçilər, onu tanıyanlar, qəsəbə sakinləri Mircəfər müəllimi xatırlamasın, onun yaxşı iş metodolgiyasından danışmasın. O, elmi işi ilə əlaqədar olaraq arayış almaq məqsədilə sonuncu dəfə bizim idarəyə gəlmişdi. Kollektivimiz onu çox mehriban qarşıladı. Sanki o, bizimlə, uzun müddət birlikdə çalışdığı insanlarla sonuncu dəfə vidalaşmağa gəlmişdi. Allah ona rəhmət eləsin”.

Sonda Abşeron NQÇİ-nin rəisi Şahmar Hüseynov öz sələfi haqqında fikirlərini bildirib:

“Mən Mircəfər müəllimlə birlikdə heç zaman çalışmamışam. Ancaq bu idarəyə rəhbər təyin olunduqdan sonra onun iş prinsipi, xeyirxah əməlləri haqqında çox eşitdim. Kimdən soruşsaydın Mircəfər müəllim haqqında yalnız xoş xatirələr danışar, onun xeyirxah əməllərini qeyd edəcəkdi. Deməli, Mircəfər müəllim bu qəsəbə üçün o zaman nə qədər faydalı işlər görüb ki, bu gundə ondan hamı razılıq edirlər. Burada eşitdiklərim məni düşünməyə və daha məsuliyyətli çalışmağa sövq etdi. Mircəfər müəllimin müəyyən etdiyi təcrübədən bəhrələnmək, sözün yaxşı mənasında formalaşmış ənənələri qorumaq, genişləndirmək. bu gün bizim qarşımızda duran vəzifələr sırasındadır. Yaxşı iş təcrübəsini öyrənmək və təbliğ etmək çox faydalıdır. Bu baxımdan biz istəyirik ki, gələcəkdə Mircəfər müəllimin yubileyini kollektivimizdə qeyd edək. Onun ruhu şad olsun. Onu da deyim ki, Pirallahı qəsəbəsi indi o zamanla müqayisə gəlməz dərəcə də dəyişib. Cənab Prezidentin sərəncamları ilə Pirallahı rayon statusunda xeyli inkişaf edib. Qəsəbə gündən-günə abadlaşır. İnfrastruktur layihələri gerçəkləşir”.

Bizdə Mircəfər müəllimə rəhmət diləyərək sonda onu qeyd etmək istədik ki, Vətənə, xalqa, dövlətə, sadə insanlara ləyaqətlə xidmət edən hər bir kəsin öncə Allah qatında mükafatı böyük olur. Həmçinin insanlar da yaxşı əməlləri, xeyirxah işləri unutmur. Dünyanın harasında olursan ol, olduğun yerdə deyil, düşündüyün yerdəsən. Həyat bir cümlədir, nə qədər uzatsan da nöqtəsi qoyulur. Mircəfər müəllimlə bağlı bu, yazıya hələlik nöqtə qoymaq istərdik.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1317

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...