QHT və MEDİA
A- A A+

Siz Ümummilli liderin layiqli davamçısısız cənab Prezident!-Mətanət Əsgərqızı

2019-03-02 15:00:51

.

Cənab Prezident, 2017-ci ildə sizə bir müraciət ünvanlamışdım . Müraciət belə başlayırdı, Cənab Prezident, bilirsinizmi xalqımız necə yaşayır? Xalqın yaşayış səviyyəsinin aşağı olduğu, hər an haqlarının tapdandığı barədə yazırdım. Yazırdım ki, bir çox vətəndaşlar kimi mənim də maaşım azdır. Mən də kredit borcu içində boğuluram. Həmin müraciət heç də birmənalı qarşılanmadı. Amma bu gün sizin hər atdığınız addımda həmin dövrdə yazdığım, qaldırdığım məsələlərdə, vətəndaş mövqeyimdə nə qədər doğru olduğum sübut edildi. Cənab Prezident, Azərbaycan öz tarixinin yeni bir dönəmini yaşayır.

Hələ ötən il apreldə keçirilən prezident seçkilərindən sonra bir anons vermişdiniz, ölkədə yeniliklər olacaq. Bir çoxları açığını deyək, bu anonsun seçkidən sonra insanları ətrafınızda daha çox toplamağa hesablandığına işarə edirdilər. Lakin az çəkmədi və siz, artıq ilk addımlarınızda, dəfələrlə barmaq silkələdiyiniz, millətin qulluqçusu deyil, ağası olduğunu hər məqamda sübut edən məmurları tarixə gömdünüz. 2018-ci il 31 dekabrda xalqa bayram təbriki ünvanlayanda isə 2019-cu ildə böyük dəyişiklər olacağının xəbərini verdiniz.

İnsanlar maaş və pensiyalar, müxtəlif sahələrdə köklü dəyişiklərin , islahatların, şəhid ailələrinin kompensasiya məsələlərinin həll olduğunun şahidi oldular. Və daha bir inqilabi dəyişiklik etdiniz, illərlə bank borcu məsələsində mənim kimi həyatı qaralan insanların ümidlərinin ölməsini qoymadınız. Bu xəbəri eşidəndə sevincimdən ağladım. Axı məhz banka olan borca görə mən evimi satdım, neçə-neçə insan isə intihar etmək məsburiyyətində qaldı… Cənab Prezident, Sizin humanistliyinizə şükürlər olsun. Bu dönəmlərdə Siz məhz ulu öndərin, atanızın çətin anlarda etiyi gedişatı təkrarladınız. Bir daha xalqın sevimlisinə çevrildiniz.

Cənab Prezident, ölkəmizdə həllini gözləyən işlər çoxdur. Mən həssas qruplarla işləyən ictimai birlik rəhbəriyəm. Onların da çoxlu problemləri hələ də qalmaqdadır. Təşkilatımız tərəfindən qaldırılan məsələlərə istər Siz, istərsədə Birinci vitse-prezident hər zaman həssaslıqla yanaşmısınız. Çoxminli əsgər, şəhid ailəsi, müharibə veteranı və əlilləri adından da minnətdarlığımı bildirirəm. Amma hələ də övladına şəhid adı verilməyən və məmurların laqeyidliyindən qəhrəmanlara küçə, məktəb və s. yerlərə adların verilməməsindən əziyyət çəkən , illərlə qapılar döydüklərindən taqətdən düşən ailələrin məsələsi həll olunmamış qalır. Türkiyədə evindən çıxıb hərbi forma geyinən və hansı şəraitdə həlak olmasından asılı olmayaraq həlak olanlar ŞƏHİD sayılır.

Bilirsinizmi onlara şəhid, küçə adları verilmədiyindən vətənpərvərlik işimizə nə qədər mənfi təsir göstərir. Axı belə ailələrə laqeyidlik olursa gənclər necə vətəni canlarından çox sevərlər. Düşünərlər ki, biz şəhid olarıqsa ailələrimiz baxımsız qalar. Cənab Prezident, inanıram ki, bu həssas məsələlərdə də humanistliyinizi əsirgəməyəcəksiniz. Həmin şəhid ailələrinə də dəstək olacaqsınız.

Cənab Prezident, bu günlərdə mədəniyyət işçiləri ilə görüş keçirdiniz. Çox səmimi bir tədbir idi. İstərdim ki, bizlərlə, müharibə yönümlü təşkilatlarla da də belə bir görüş olsun. Sizinlə görüşmək ümidi ilə bir daha minnətdarlığımı bildiriəm. Var olun.Tanrı Sizi qorusun!

Hörmətlə,

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Mətanət Əsgərqızı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 564

QHT və MEDİA

2019-10-16 09:00:03

QHT və MEDİA
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...

“Hər zaman Azərbaycan, Gürcüstan və Türkiyə düşmənlərinə qarşı birgə mübarizə...

2019-10-15 08:30:30

QHT və MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qov...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...