CƏMİYYƏT
A- A A+

İstanbulda “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub

2019-03-02 10:25:39

Türkiyə Respublikası Baş Qərargahının İstanbul Hərbi Muzeyində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəşri olan “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomun təqdimatı olub

Layihənin müəllifi və tərtibçi-redaktoru - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təqdimat mərasimində iştirak edib.

Tədbirdə hərbi muzeyin komutanı polkovnik Tahir Savran, “Türkiyə şəhidlərini anır” proqramının ssenari müəllifi və aparıcısı polkovnik Erhan Altunok, məşhur “Mehteran” hərbi orkestrinin kollektivi iştirak edib. Orkestrin rəhbəri polkovnik Metin Kazqan çıxış edərək ötən ilin sentyabrında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradın xoş təəssüratlarını hələ də unutmadıqlarını, paytaxtımızın gözəlliklərinə, tərəqqi və inkişafına valeh olduqlarını, Azərbaycan Ordusunun mətin əsgərləri ilə görüşdüklərini və onların qələbə əzmi, böyük vətənpərvərlik hissi ilə yaşadıqlarını xatırladıb.

M.Kazqan deyib: “Dünyanın bir çox ölkələrinə, şəhərlərinə səfər etsək də, Azərbaycan kimi gözəl bir ölkə, azərbaycanlılar kimi qonaqpərvər, istiqanlı, mehriban və səmimi xalqla qarşılaşmamışıq. Bakı xatirələrimiz tükənməzdir, unudulmazdır. Hər iki qardaş dövlətin başçılarının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradın fəxri kürsüsündə bir yerdə dayanması və parad iştirakçılarını eyni dildə birlikdə salamlaması, eyni zamanda, Azərbaycan və Türkiyə hərbiçilərinin Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində 100 il sonra da Bakıda nizami sıralarla yanaşı irəliləməsi tarixi hadisədir. Bu, dostlarımızı sevindirdi, düşmənlərimizi isə xar etdi. Biz Azadlıq meydanında Azərbaycan “Ordu marşı”nı və qədim türk hərbi marşlarını böyük fəxrlə ifa etdik. Həmin gün Bakının hər yerində sevinci və kədəri bir olan Azərbaycan və Türkiyənin dövlət bayraqları qürurla dalğalanırdı”.

Bakı paradına həsr olunmuş “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” kitab-albomunu tədbir iştirakçılarına təqdim edən polkovnik Metin Kazqan diqqətə çatdırıb ki, bu nəşr Türkiyə və Azərbaycan xalqlarının müştərək Zəfər bayramı olan möhtəşəm bir təntənəni özündə əks etdirən qiymətli topludur. O, bu nəşri reallaşdıran Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, şəxsən general-polkovnik Zakir Həsənova və layihə müəllifinə minnətdarlıqlarını bildirib.

Polkovnik Tahir Savran ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ilə Naxçıvan Muxtar Respublikasında olduğu günləri xatırlayaraq deyib: “O vaxtlar Azərbaycanda, xüsusən də Naxçıvanda vəziyyət gərgin idi. Bir tərəfdən ermənilərin şəhər və kəndləri atəşə tutması, digər tərəfdən sərt soyuq və mühasirəyə alınmış Naxçıvan əhalisinin ərzaq qıtlığı ilə sınağa çəkilməsi yerli əhalini ruhdan salmırdı, onlar doğma diyarı qanları, canları bahasına müdafiə edirdilər. Allah bu müdhiş zamanlarda Heydər Əliyevi sanki naxçıvanlılara xilaskar olaraq göndərmişdi. Ötən illər hədər getməyib və Naxçıvanın ağır günləri artıq geridə qalıb. Naxçıvan dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş buradakı Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın və naxçıvanlıların təhlükəsizliyinin keşiyində mərdliklə dayanıb”. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan polkovnik T.Savran təqdim edilən kitab-albomun həqiqətən də Azərbaycan və Türkiyə xalqlarının, ordularının dost və qardaşlığının təntənəsinin tərənnümü olduğunu təsdiqləyərək nəfis şəkildə çap olunmuş bu nəşr nümunəsinin muzeylərində ən qiymətli eksponat kimi nümayiş etdiriləcəyini deyib.

Polkovnik Erhan Altunok isə çıxışında vurğulayıb ki, Azərbaycan xalqının və ordusunun hər bir uğuru bizi də sevindirir. Son illərdə Azərbaycan əsgərinin qazandığı Aprel zəfəri və Naxçıvanda 11 min hektardan çox ərazinin nəzarətə götürülməsi, Günnüt kəndinin düşmən işğalından azad edilməsi, Lələtəpə, Qızılqaya, Talış zirvələrində Azərbaycan bayrağının ucaldılması hər bir türk vətəndaşını da hədsiz dərəcədə qürurlandırdı. “Biz inanırıq ki, qardaş ölkənin dövlət başçısının apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində və gündən-günə daha da möhkəmlənən Azərbaycan Ordusunun güc və qüdrəti ilə cənnət Qarabağımız da tezliklə işğaldan azad ediləcək, can Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”, - deyən polkovnik çıxışını Səməd Vurğun, Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr söyləməklə yekunlaşdırıb.

Layihənin müəllifi, tərtibçi-redaktor Abdulla Qurbani mərasim iştirakçılarını salamlayaraq həmin kitab-albomun ilk nüsxələrini paradda fəal iştirak etmiş və azərbaycanlıların da böyük rəğbətini qazanmış məşhur “Mehteran” orkestrinin üzvlərinə hədiyyə edib. Təqdimat mərasimi “Mehteran” orkestrinin ifasında “Çırpınırdın Qara dəniz” mahnısı, Azərbaycan və Türk hərbi marşları ilə başa çatıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 309

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...