QHT və MEDİA
A- A A+

YAP Pirallahı rayon təşkilatı sıralarını genişləndirir

2019-03-01 19:00:25

.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında YAP sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olunub

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki , 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalmışdır.

Hikmət Şikarov 25 ildən artıq dövrdə ölkəmizin əldə etdiyi uğurlardan, Yeni Azərbaycan Partiyasının bu inkişafa, tərəqqiyə töhfələrindən danışaraq bildirdi ki, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Bugünkü tədbir də bunun bariz nümunəsidir. Ötən 25 ildən artıq dövr tərəqqi, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. Partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası respublikada keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Son 16 ildə YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni nailiyyətlər əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi. Yeni üzvlər birmənalı olaraq bildirdilər ki, bu gün onların həyatında çox əlamətdar bir hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

Toğrul

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 592

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...