MƏDƏNİ
A- A A+

“Qarabağ şikəstəsi” miniatür kitabının təqdimatı olub

2019-02-28 09:10:50

İçərişəhərdə, Miniatür Kitab Muzeyində şairə və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) “Qarabağ şikəstəsi” adlı miniatür kitabının təqdimatı olub

Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahova tədbirin aparıcısını, Azərbaycanın Xalq artisti Vaqif Əsədovu təqdim edib. V.Əsədov deyib ki, bu günlər Azərbaycan xalqı 27 il əvvəl erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımının qurbanlarının xatirəsini anır. Hazırda təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox uzaqlarda – dünyanın müxtəlif ölkələrində xatirə tədbirləri keçirilir. Xocalı faciəsinin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını vurğulayan V.Əsədov 1992-ci ilin o dəhşətli fevral gecəsində baş vermiş hadisələr haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib.

V.Əsədov bildirib ki, “Qarabağ şikəstəsi” poeması Qarabağ ağrısı, həqiqi və səmimi vətənpərvərlik hissləri ilə dolu olan bir əsərdir. Sonra şairə və dramaturq Leyla Bəyim və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmov “Qarabağ şikəstəsi” poemasından rus və Azərbaycan dillərində parçalar oxuyublar. Zərifə Salahova kitabın özü barədə informasiya verərək bildirib ki, 65x50 millimetr ölçüdə, 168 səhifədən ibarət “Qarabağ şikəstəsi” miniatür kitabı Miniatür Kitab Muzeyinin sifarişi ilə “Indıgo” nəşriyyatında dörd dildə - Azərbaycan, rus, ingilis və alman dillərində 100 nüsxə tirajla nəşr edilib. Miniatür kitabın üzqabığında rus rəssamı Nikolay Sverçkovun “Qarabağ atı” (1865) əsəri təsvir edilib.

“Mədəniyyət.AZ” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva çıxışında qeyd edib ki, Leyla Bəyimin rus dilində şeir yazmağa üstünlük verməsinə baxmayaraq, o, Azərbaycan xalqının Qarabağ kədərini və doğma diyara sonsuz məhəbbəti çox dolğun ifadə edib. L.Bəyimin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərində də müəllifin hissləri məharətlə və sərrast verilib. Sonra şair, Qarabağ müharibəsinin iştirakçısı Ələddin Yaqubov çıxış edib. O, təsirli şeirlərinə görə müəllifə təşəkkür edərək bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Azərbaycan xalqının tarixinin digər qanlı hadisələri barədə həqiqətlərin bir çox ölkələrin rusdilli vətəndaşlarına çatdırılması nöqteyi-nəzərindən L.Bəyimin əsərləri böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Leyla Bəyim Bakıda anadan olub, hazırda Praqada yaşayır. O, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Ədibləri Konqresinin və Çexiyanın Rusdilli Yazıçılar İttifaqının üzvüdür, 4 şeirlər toplusunun müəllifidir. Yefim Abramovla birlikdə bir neçə pyes yazıb. Onlardan biri - “Xəyalpərəst oğlanlar” Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Hazırda Bakıda “Qurban” pyesinə quruluş verilir. Onun ideya müəllifi L.Bəyimdir. Şairə Azərbaycan, Rusiya, Ukrayna, Çexiyada nəşr olunan ədəbi qəzet, jurnal və almanaxlarda dərc olunan çoxsaylı yazıların müəllifidir. L.Bəyimin şeir və pyesləri çex dilində də dərc edilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 277

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...