QHT və MEDİA
A- A A+

QHT Koalisiyası Parlament seçkiləri ilə bağlı konfrans keçirib

2015-09-02 09:10:43

Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Qeyri-Hökumət Təşkilatları (QHT) Koalisiyası "Parlament 2015 - Gündəmimiz seçkilər, hədəfimiz Qarabağdır" mövzusunda konfrans keçirib

Konfrans Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla anılıb. Fact-info.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov açaraq 2015-ci ildə keçiriləcək Parlament seçkilərini dövlətimizin və xalqımızın həyatında önəmli hadisələrdən olduğunu bildirib. O, ölkəmiz üçün beynəlxalq əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi ərəfəsində, istər Prezident, istərsə də Parlament seçkiləri öncəsi bəzi beynəlxalq təşkilatların, Azərbaycana qarşı ikili standartlar yeridən dövlətlərin qərəzli mövqedən çıxış etdiklərini, seçkilərdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə can atdıqlarını bildirib. Təəssüf ki, burada bəzi müxalifət partiyalarının, müxtəlif QHT-lərin və özünü hüquq müdafiəçisi adlandıran şəxslərin də “fəaliyyətlərindən” anti-təbliğat vasitəsi kimi istifadə edirlər. V. Qədirov Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasına bir dəfə də olsa ədalətli mövqedən yanaşmayan bəzi beynəlxalq təşkilatların və dövlətlərin bu mövqeyini Dövlətimizi zəif salmaq, ermənistan qarşısında güzəştlərə məcbur etməklə  işğalla barışmağa vadar etmək cəhdlərinin tərkib hissəsi olduğunu bildirib.

V. Qədirov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin timsalında bu illər ərzində nümunəvi fəaliyyətin şahidi olduq və bunun nəticəsində heç təsadüfi deyil ki, bu il keçiriləcək parlament seçkilərində Qarabağ QHT Koalisiyası Azay Quliyevi prinsipial olaraq dəstəkləyəcək.

Tədbirdə çıxış edən digər natiqlər - Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Müharibə Veteranı Qadınlarına Sosial Dəstək İctimai Birliyinin sədri Radə Abbas, Skandinaviya ölkələri ilə Mədəni və elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli, XXI əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli və digər natiqlər dövlətin Qarabağ probleminin həlli istiqamətində apardığı siyasətə dəstək verməklə  bu il keçiriləcək Parlament seçkilərində fəal iştirak etməyin vacibliyini vurğulayıblar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1320

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...