MƏDƏNİ
A- A A+

“Aprel yüksəkliyi” sənədli filminin təqdimatı olub

2019-02-27 11:15:07

Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun döyüş yoluna həsr olunmuş “Aprel yüksəkliyi” filminin təqdimatı olub

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərindən biri olan Xocalı soyqırımının iştirakçıları hələ də layiqli cavablarını almayıblar. Qeyd edib ki, əvvəlcədən planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin torpaqlarda yaşayan azərbaycanlıları tamamilə məhv etmək niyyəti ilə törədilib.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışıb. Həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri qeyd edib. Ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması heç də uzaqda deyil.

Daha sonra “Aprel yüksəkliyi” filmi nümayiş olunub. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov, operatoru Ömər Kutuyevdir. Ekran əsəri 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərən Şükür Həmidovun döyüş yolundan bəhs edir.

Qeyd edək ki, Şükür Həmidov Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 347

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...