SOSİAL
A- A A+

XX əsrin ən dəhşətli soyqırımını heç kim unutmayacaq

2019-02-26 22:15:09

Hər il olduğu kimi, bu il də, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir

Belə tədbirlərdən biridə, “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin və Azərbaycan Respublikası “Beynəlmiləlçı Döyüşçülər” Fondunun kolektivinin Xocalı sakinlərinin və Qarabağ müharibəsi əlillərinin, veteranlarının iştirakı ilə, Xocalı soyqrımının 27 ci ildönümü münasibəti ilə təşkilatın qəragahının qarşısında matəm tədbiri keçirərək, 1992-ci il fevralın 25 indən 26 sına keçən gecə, keçmiş Sovet ordusunun 366-cı terorçu motoatıcı alayının birbaşa iştirakı ilə, erməniləri terorçularının törətdikləri o müşkül faciyənin amansızlığları xatırlanaraq Xocalı şəhidləri anıldı.

“Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin sədir müavini Məcid Məmmədov Xocalı soyqrimı haqqında statistik məlumatla çıxış edərək qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə–azərbaycanlılara qarşı misli görünməmiş vəçiliklərlə soyqırımı törədimişdir.

Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı terorçu motoatıcı alayının birbaşa iştirakı ilə, hücuma məruz qalıb, şəhər dağıdılıb, dinc və günahsız insanlar güllə-baran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Azərbaycan Respublikası “Beynəlmiləlçı Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov 366-cı alayınnın döyüş texnikasının köməkli ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciə-Xocalı qırğını baş vermişdir. Təəssüflər olsun ki, bu günə kimi, 366-cı motoatıcı terror alayının o vaxtki heç bir komandiri Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsində bilavəstə iştirak etdiyləri üçün cinayət məsuliyətinə cəlb edilməmişdir.

27 ildir ki, işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları heç bir nəticə vermədi. Buna görə artıq biz müharibə veteranları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin səbirsizliklə hərb variantından istifadə ediərəl müharibə əmrini gözləyirik. Biz-keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq!

Qarabağ müharibəsinin əlili Vüqar Əskərov çıxış edərək, vurğuladı ki, 27 il öncə Xalqımıza qarşı 20-ci əsrin ən böyük faciəs- Xocalı soyqırımı törədilmişdir. Erməni cəlladları rus ordusuyla birləşərək dünyada misli görünməyən qətliam törətmişdirlər. Bu faciənin üzərindən 1000 illər keçsə də belə xalqımız bunu unutmayacaq. Əziz xalqımıza bu faciə ilə bağlı baş sağlığı verir, Xocalıda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Artıq qisas vaxtıdır. Biz işğalda qalan torpaqlarımızı azad etməliyik ki, Vətən uğurunda şəhid olanların da ruhları rahatlıq tapsın. Xocalı faciəsini yad etmək, ziyarət yerimiz olan " Ana" abidəsini ziyarət etmək bizim hamımızın mənəvi haqqıdır.

Daha sonra matəm tədbir iştirakçılarından, “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin sədri Qurban Məmmədov, birliyin hüquqşunası, Qarabağ müharibəsinin Azər Səfərov, şairə Yasəmən Qəyumlu, Xocalı sakinləri və başqaları çıxış edərək, Xocalı qətilamından danşaraq, Xocalida Şəhid olanlara Allahdan rəhmət dilədilər.

Daha sonra matəm tədbir iştirakçıları, Xətai rayonunda ucaldılmış " Ana" abidəsinin önünə gedərək ,abidənin önünə gül çələngi və qərənfillər qoyaraq Xocalı şəhidlərinin ruhlarını yad edərək şəhidlərin əziz xatirəsinə dualar oxudular.


Kateqoriya : SOSİAL Baxış sayı : 346

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...