SİYASƏT
A- A A+

Işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib

2019-02-26 11:30:04

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir. Ciddi narahatlıq doğuran fakt bəzi ölkələrin hüquqi və fiziki şəxslərinin Ermənistan və qeyri-qanuni rejimlə əməkdaşlıq edərək, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmasıdır. Bu sırada Avropa ölkələrinin hüquqi və fiziki şəxsləri də yer alırlar.

Bu fikirlər fevralın 25-də ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında səsləndirilib.

Hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyəti sübut edən kifayət qədər konkret faktlar təqdim olunub. İşğal edilmiş ərazilərin “AzərKosmos” ASC tərəfindən əldə olunan yüksək görüntülü peyk şəkilləri, ümumilikdə, peyk məlumatları 2016-cı ilin hesabatında verilən informasiyanı sübuta yetirir və həmin hesabatın bir sıra əsas nəticələri burada göstərilir. Hazırkı hesabat isə altı hissədən ibarətdir. Buraya məskunlaşdırma işinin aparılması və bu məqsədlə daimi sosial infrastrukturların tikintisi, təbii ehtiyatların istismarı və talan edilməsi, daimi infrastruktur dəyişiklikləri, kənd təsərrüfatı və su ehtiyatlarının istismarı, dövlət və özəl mülkiyyətin, o cümlədən tarixi və mədəni irsin dağıdılması və ətraf mühitə vurulan ziyan daxildir.

“Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin əhəmiyyətinə toxundu. Qeyd etdi ki, təqdimatda çox sayda nüfuzlu qonaqlar iştirak edir. Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşıldığını deyən rektor işğal olunmuş ərazilərdə peykdən çəkilən şəkillərin beynəlxalq təşkilatlara təqdim edilməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət mövzusunun daha da inkişaf etdirilməsini davamlı olaraq diqqət mərkəzində saxlamaq üçün tapşırıqlar verir. Müasir peyk texnologiyalarının münaqişələrin xəritələrinin çəkilməsində, qeyri-qanuni fəaliyyətin, hərbi cinayətlərin və bəşəriyyətə qarşı cinayətlərin sənədləşdirilməsində və sübutların təmin edilməsində böyük rol oynadığını deyən Hikmət Hacıyev qeyd edib ki, münaqişə ərazisi kimi Azərbaycanın işğal olunmuş əraziləri barədə məlumat əldə etməkdə çətinliklər var. Ermənistan tərəfi orada törətdiyi cinayət əməllərini gizlətmək üçün müxtəlif vasitələrə əl atır. Amma bu gün peyk dövləti Azərbaycan öz peyk imkanları vasitəsilə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməlləri ifşa etmək və onu beynəlxalq ictimaiyyətə təqdim etmək imkanlarına malikdir. “ATƏT-in 2005-ci və 2010-cu illərdəki faktaraşdırıcı və qiymətləndirmə missiyaları Azərbaycanın zəbt edilmiş torpaqlarında qeyri-qanuni fəaliyyətin, o cümlədən qeyri-qanuni məskunlaşdırmanın fundamental sübutlarını müəyyən ediblər”, - deyən Prezident Administrasiyasının rəsmisi həmin vaxtdan etibarən, Ermənistanın bu qəbildən növbəti qiymətləndirmə missiyalarının təşkil edilməsinə hər vəchlə mane olduğunu diqqətə çatdırıb. 2016-cı ildə Azərbaycan tərəfinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” başlıqlı hesabat göstərdi ki, qeyri-qanuni hərəkətlərin coğrafiyası və miqyası inanılmaz dərəcədə genişlənib. Beynəlxalq humanitar hüquqa, ATƏT-in Minsk qrupunun və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan, Ermənistan və ona tabe olan qanunsuz rejim, işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun ətrafında yerləşən rayonlarda ermənilərin sayının süni şəkildə artırılmasına çalışaraq, tam əksinə mövqe nümayiş etdirir. Beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması qadağandır. Bu qəbildən olan fəaliyyət hərbi cinayət kimi təfsir olunmalıdır.

“Biz beynəlxalq ictimaiyyətə müraciət edərək, onu həm Ermənistandan, həm də xarici ölkələrdən insanları işğal altındakı ərazilərə köçürmək və həmin yerlərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aparmaq istiqamətində Ermənistanın bu gün göstərdiyi səyləri pisləməyə çağırırıq”, - deyən Hikmət Hacıyev vurğulayıb ki, eyni zamanda, Azərbaycan Respublikası, beynəlxalq hüquq əsasında öz öhdəliklərinə uyğun olaraq, beynəlxalq ictimaiyyətin bütün üzvlərinə üz tutaraq, onlardan xahiş edir ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı öz ərazilərindən olan hər hansı fiziki və hüquqi şəxslər tərəfindən aparılan fəaliyyətə, xüsusən də, Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın digər işğal edilmiş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin aparılmasına və ya onun üçün şəraitin yaradılmasına son qoya biləcək öz milli qanunvericiliyi əsasında səmərəli tədbirlər görsünlər.

“AzərKosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib ki, bu mövzu nəinki Azərbaycana, ümumilikdə regiona aiddir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir, - deyən Rəşad Nəbiyev vurğuladı ki, peykdən əldə olunmuş şəkillər qeyri-qanuni fəaliyyəti tam sübut edir və Azərbaycan peyklərindən işğal altında olan tarixi torpaqlarımızda ermənilərin törətdiyi talanlar, vəhşikliklər və dağıdıcı fəaliyyətlə bağlı konkret dəlillərin əldə olunmasında istifadə edilir. Şəkillər həm də müxtəlif yerlərdə təbii ehtiyatların intensiv şəkildə talan olunmasını göstərir. Dağlıq Qarabağ və işğal altında olan digər torpaqlarımızda mədəni abidələr dağıdılır, kənd təsərrüfatı üçün torpaqlarda yanğınlar törədilir, su ehtiyatları məhv edilir və bu fəaliyyət ümumilikdə regionun ekoloji durumuna mənfi təsir göstərir. Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.


Kateqoriya : SİYASƏT Baxış sayı : 342

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...