QHT və MEDİA
A- A A+

S-1 peşəkar döyüş liqası Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirib

2019-02-25 19:45:33

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və S-1 peşəkar döyüş liqasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yarış keçirilib. Pirallahı Olimpiya İdman Kompleksində keçirilən turnirə Bakı və Sumqayıt şəhərlərini təmsil edən aşağı və orta çəki dərəcələrində 90 idmançı qatılıb

Fact-info.az xəbər verir ki, yarışın açılışında əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Pirallahı rayon təşkilatının sədri və S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan D.Şikarov Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişaf etdirildiyini vurğulayıb. O, idmanın inkişafında belə turnirlərin önəmini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.

Gənc məşqçılər Zaur Əsgərov,Muxtar Allahyarov, Elnur Cəfərov və Emin Əsgərovun rəhbərlik etdikləri "Əli fayt", "Hüseyn" , "Uraqan" və "Zağulba" idman klublarının aşağı və orta yaş qruplarında döyüşən idmançılarının çıxışları Pirallahı idmansevərləri tərəfindən böyük coşqu ilə qarşılandı. Turnirin sonunda qaliblərə medal və diplomlar verilməklə yanaşı turnirin təşkilində əməyi olanlar S-1 peşəkar döyüş liqası prezidentinin Sərəncamı ilə Fəxri Fərmanla təltif olundular. Təltifetmə mərasimində S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov, birinci vitse-prezident İsmayıl Əliyev, vitse prezident, əməkdar idman ustası Mərdan Vəliyev, S-1 döyüş liqasının direktor müavini Fizuli Vəliyev və baş katibi Məhəmməd Babayev iştirak etdilər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 575

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...