SİYASƏT
A- A A+

Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır

2019-02-23 14:30:21

Fevralın 22-də Vyanada ATƏT PA-nın qış sessiyasının yekun iclası keçirilib

İclasda miqrasiya, terrorizmin qarşısının alınması, korrupsiya ilə mübarizə, Aralıq hövzəsindəki vəziyyət və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb. Sonra ötən bir il ərzində ATƏT məkanında baş tutan seçki proseslərini müşahidə edən missiya rəhbərləri hesabatla çıxış ediblər. İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova xarici ölkənin işğalı və qonşu ölkələrin daxili işlərinə hərbi müdaxilə yolu ilə mövcud ATƏT öhdəliklərinin pozulmasına qarşı ATƏT PA rəhbərliyinin göstərdiyi qətiyyəti təqdir edib. Qeyd edilib ki, hər bir qurumun gücü yalnız əhatə olunan məsələlər, alınan qərarların səlahiyyətləri və ruhu ilə deyil, həm də bu sənədlərin praktikada həyata keçirilməsindədir.

Bildirilib ki, beynəlxalq təşkilat çərçivəsində müxtəlif qətnamələr müzakirə və qəbul olunur, onlara ciddi məqsədlər qoyulur, müəyyən məqsədlərə nail olmaq yolları inkişaf etdirilir: “Biz çalışmalıyıq ki, verdiyimiz qərarlarımızın həyata keçirilməsini təmin edək. Eyni zamanda, ATƏT PA-nın prosedur qaydalarına və ATƏT-in müvafiq sənədlərində və qərarlarında əks olunan çərçivəyə hörmətlə yanaşmalıyıq.”

Qeyd edək ki, yekun iclasda ATƏT-in fəaliyyətinin gücləndirilməsində parlamentarilərin rolunun artırılması, il ərzində nəzərdə tutulan tədbirlər və qəbul ediləcək sənədlər barədə fikir mübadiləsi aparılıb. Sessiya fevralın 22-də öz işinə yekun vurub


Kateqoriya : SİYASƏT Baxış sayı : 169

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...