MƏDƏNİ
A- A A+

“Azərbaycan: Şərqlə Qərbi birləşdirən körpü"

2019-02-22 09:55:29

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan - Şərqlə Qərbi birləşdirən körpü - Azərbaycan tarixinin alman səhifələri” adlı məruzə axşamı təşkil olunub. Tədbir Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinə həsr edilib

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olduğunu qeyd edib, ölkədəki hazırkı tolerant mühitin əsasında qədim tarixi ənənələrin dayandığını vurğulayıb. Bildirib ki, Azərbaycan tarixində iz buraxmış etnik qruplardan biri də almanlar olub və onlar Azərbaycanın ictimai-siyasi, xüsusən də iqtisadi həyatında mühüm rol oynayıblar. Buna görə də dövlətimizin başçısı İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Həmin icmanın yubileyi müxtəlif formatlarda qeyd edilir.

Tanınmış aparıcı, “Bakının sirləri” verilişinin müəllifi və aparıcısı, şərqşünas və araşdırmaçı Fuad Axundovu qonaqlara təqdim edən Leyla Qasımova onun Bakı şəhərinin tarixi, memarlığı və görkəmli şəxsiyyətləri ilə yanaşı, Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ən məlumatlı şəxslərdən biri olduğunu vurğulayıb.

Fuad Axundov Azərbaycandakı alman icmasının tarixi barədə geniş məruzə ilə çıxış edib. Foto və videotəqdimatla müşayiət olunan məruzədə Cənubi Qafqazda alman koloniyalarının yaranmasına aparan tarixi yol barədə məlumat verilib. Bildirilib ki, çar Rusiyasının yeni işğal olunmuş ucqar əyalətlərinə həm zəhmətkeş, həm də hökumətə loyal olan, eləcə də dininə görə yerli əhalidən fərqlənən etnik qrupların köçürülməsi ənənə halını almışdı. Napoleona qarşı müharibələrdə əldən düşmüş Avropada vergi və hərbi səfərbərlikdən bezən, əkin və təsərrüfatları viran qalan kəndlilər xam torpaqlara köç etməyə üstünlük veriblər. Beləliklə 1817-ci ildə Cənubi Qafqazda ilk alman məskəni indiki Gürcüstan ərazisində yaranıb, 1819-cu ildə isə Almaniyanın indiki Baden-Vürttemberq əyalətindən köç edən alman kəndliləri Azərbaycan ərazisində ilk məskənlərini – Yelenendorf kəndini salıblar. Zəhmətkeş şvab almanları yerli əhali ilə mehriban qonşuluq şəraitində yaşamaqla qısa zamanda üzümçülük, əkinçilik, heyvandarlıq və digər sahələrdə ciddi yüksəlişə nail olublar. Tezliklə alman məskənlərinin sayı səkkizə çatıb.

Simens qardaşlarından tutmuş “Konkord” şirkətinə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən alman koloniyaçıları barədə məlumat verən Fuad Axundov onların Azərbaycan iqtisadiyyatına, eləcə də elm, memarlıq, ictimai mühit və digər sahələrə töhfələrini də diqqətə çatdırıb.

Həmçinin qeyd edilib ki, İkinci Dünya müharibəsinin başlanması ilə Azərbaycanda qırx minlik alman icması üçün tarixin qara səhifələri açılıb. Nasist Almaniyası ilə əlbir fəaliyyət və vətənə xəyanətdə ittiham olunan almanlar Azərbaycandan sürgün edilib. Lakin onların irsi və yaşayış məskənləri qorunaraq saxlanılıb. Bu gün almanların cəm halında yaşadıqları tarixi məskən, eləcə də abidələri dövlət tərəfindən mühafizə və restavrasiya olunur, təşviq edilir. Məruzənin yekununda alman məskənlərində kiçik yaşlarında alman həmyaşıdları ilə bu dilə yiyələnmiş sakinlərin xatirələrini bölüşdüyü videoçarx nümayiş etdirilib


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 341

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...