SİYASƏT
A- A A+

Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

2019-02-22 09:35:19

Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan nümayəndələri də çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında qeyd edib ki, İnsan Hüquqları və Terrorizmlə Mübarizə Təlimatlarına əsasən, "Dövlətlər onların ərazisində yaşayan bütün insanların hüquqlarını, xüsusilə də onların yaşama hüququnu terrorçu aktlara qarşı qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər".

Həmçinin bildirilib ki, çox vaxt terror aktlarını törədən və ya planlaşdıranlar da atdıqları addımlarla insanların hüquq və azadlıqlarına müdaxilə etmiş olurlar. Deputat qeyd edib ki, xarici müdaxilələr, qonşu ölkəyə qarşı təcavüz və işğalçılıq siyasəti də insanların yaşamaq hüququnu məhdudlaşdırır. Azərbaycanda 1 milyondan çox məcburi köçkünün həyatında bu, müşahidə edilir. T.Mirkişili sonda bildirib ki, məhdudiyyətlərin tətbiq olunmasında milli və ictimai təhlükəsizlik arasındakı balans saxlanılmalıdır. Ümumi olaraq, milli və ictimai təhlükələrin aradan qaldırılması məhdudiyyətlərin tətbiqinə şərait yaratmaz.


Kateqoriya : SİYASƏT Baxış sayı : 224

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...