QHT və MEDİA
A- A A+

Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”

2019-02-22 09:10:53

Bu yaxınlarda internetdə georgians.ru – saytında yayımlanan “Video – sujet Tbilisi ermənilərini məyus etdi” adlı yazıda göstərilir ki, Tbilisi erməni assambleyası Gürcüstan kütləvi informasiya vasitələrinin bu günlərdə etnik ermənilərə qarşı, “nifrət” ifadə edən sözlərindən daha tez-tez istifadə olunduğu haqqında öz bəyanatlarını bildirmişdir

Tbilisi ermənilərinin əsəbləşmələrinə guya səbəb itv.ge internet - telekampaniyasında yayımlanan video - sujet olmuşdu. Bu videoda “javakhk” adlı bir erməni blogeri, Avrokomissiyaya müraciət edərək Gürcüstanın Samtsxe-Cavaxetiya ərazisində erməni muxtariyyətinin yaradılmasını tələb edir.

Tbilisi assambleyası xüsusi brifinqində jurnalistlərə gürcü müəlliflərinin “nifrət dolu” – sözlərini işlətdikləri materialların surətini payladılar. Başlıqların özü çox söz deyir: “Ermənilər şir yox çaqqaldırlar”; “Ermənistan bu gün irsən yalan üstündə qurulub”; “Bugünkü Ermənistan Gürcüstanın və Azərbaycanın tarixi ərazisində yaradılıb.” və s. Bu cür başlıqları bir çox saytlar dərc edir. Buna misal olaraq pressa.ge, lasare.ru saytlarını göstərmək olar.

Amma bu gün əsas diskussiya mövzusu məhz İtv.ge – nin video - sujeti əsasında açılır. “Cavaxetiya - minalanmış regiondur”, adlı sujetdə təkcə erməni blogerinin Avropa Birliyinə müraciəti haqqında deyil, Gürcüstan və Ermənistan arasında baş verən müxtəlif potensial münaqişələrdən də danışılır. Məsələn ermənilərin 2020-ci ildə Samtsxe-Cavaxetiyanı, sonra isə tədricən bütün Gürcüstanı ələ keçirtmək planlarından danışılır.

Tbilisi erməni assambleyası göstərir ki, sujetdə nə Cavax ermənilərinin, nə Ermənistan hökumətinin, nə də ictimai təşkilatların bu haqda mövqeyi bildirilməyib. Burdan belə bir qənaətə gəlmək olar ki, ermənilər bu barədə açıqlama verməkdən boyun qaçırdaraq öz niyyətlərini ört-basdır etməyə çalışırlar.

Assambleyanın press-katibi İrena Ohacanova deyir ki: “Ən çox bir sıra politoloqların və ekspertlərin yalan məlumatlara əsaslanaraq söylədikləri fikirlər məni məyus edir. Onlar nə Yerevan siyasətçilərinin, nə Samtsxe-Cavaxetiyadakı erməni təşkilatlarının, nə də Gürcüstandakı başqa erməni təşkilatlarının rəsmi müraciətinə əsaslanmırlar. Bloger “javakhk” özünü nə Ermənistan dövlət struktur nümayəndəsi kimi təqdim etmiş, nə də ki hər hansı təşkilatın üzvü deyil.” Lakin qeyd etmək lazımdır ki, İrena Ohacanova ermənilərin əsil məqsədlərini – onların Gürcüstandakı separatizmini və əsassız ərazi iddialarını ört-basdır edir. Bütün dünyada olduğu kimi, Gürcüstanda da ermənifobiyanın yaranmasının əsas günahkarı ermənilər özləridir. Onlar yaşadıqları ölkələrin qanunlarını, suverenliklərini, ərazi bütövlüklərini pozmağa cəhd edir, bununla da özlərinə hər yerdə nifrət qazanırlar. Onu da qeyd etmək lazımdır ki, video – sujetin müəllifi javakhk ləqəbini təsadüfi götürməmişdir. Məlum olduğu kimi, ermənilər məhz Samtsxe-Cavaxetiyada “Cavaxk” adlı hərəkatın əsasını qoymuşlar. Buradan isə açıq-aydın görünür ki “javakhk” ləqəbini götürən və ondan etniklərarası münasibətlərin qızışdırılmasında istifadə edən məhz ermənilərdir.

“Çox millətli Gürcüstan” təşkilatının həmsədrlərindən biri Aqit Mirzoyev belə hesab edir ki, düşmənçilik, ermənilərə qarşı nifrət dili ilə danışmağın hallanması jurnalistlərin günahıdır, onlar balanslanmış material hazırlamalıdırlar ki, etniklərarası düşmənçilik yaranmasın. Yazılan rəylər çox dəhşətlidir. Bəziləri erməni qonşulara divan tutmaqla təhdid edirlər və s. Əslində bu rəylərdən görünür ki, gürcülər ermənilərə həqiqətən nifrət edir, onları yaxşı tanıyır, hansı məkrli planlar qurduqlarını yaxşı bilirlər. Cənab Aqit Mirzoyevin dediyinin əleyhinə olaraq onu qeyd etmək olar ki, etniklərarası düşmənçiliyi məhz ermənilər özlərinin əsassız iddiaları və tələbləri ilə qızışdırırlar.

İctimai Münasibətlər İnstitutunun jurnalistika fakultəsinin müəllimi Zviad Korıdze deyir: “Bu sujet insanları Cavaxetiyanın minalanmış region olması barədə hazırlamaqdır.” Jurnalist Xatuna Kasitadzenin fikrincə, cəmiyyətdə baş qaldıran bu diskussiya – erməni nöqteyi – nəzərini çatdırmaq üçün səbəbdir.

Bu hadisələr bizi və gürcü ictimaiyyətini daha dərindən düşünməyə vadar edir. Məlum olduğu kimi bütün əsrlər boyu, elə indi də ermənilərin bir dəsti-xətti var: necə deyərlər, özləri suyu bulandırır, sonra günahı başqalarında görür və “günahkar” axtarırlar. Söz – söhbət yayıb, qarşıdurmalara səbəb olmaq, özlərini əzilmiş, təhqir edilmiş xalq kimi göstərmək, daha sonra tələblərlə, iddialarla çıxış etmək - bax bu ermənilərin əsas siyasi oyunlarından və məkrli planlarından biridir.

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 330

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...