MÜSAHİBƏ
A- A A+

Hikmət Şikarov: “Fərman sosial məsələnin həlli istiqamətində atılan növbəti mühüm addımdır”

2019-02-21 21:20:36

.

“Dövlət müasir dövrdə insanların rifah halının yüksəldilməsində mühüm rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrində məhz sosial dövlət quruculuğuna ciddi fikir verilir. Azərbaycan bu gün sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Bu kontekstdə isə əhalinin sosial təminatı üzrə proqramların yüksək səmərəliliklə reallaşdığını xüsusilə vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, sosial sferada davamlı və uğurlu proqramları reallaşdırmaq üçün lazımi səviyyədə iqtisadi potensial olmalıdır. Azərbaycan bu sahədə bütün işləri ancaq daxili imkanları hesabına görür, kənardan yardım almır”.

Bu sözləri Fact-info.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

Onun fikrincə, ölkə rəhbərliyi bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Deməli, Azərbaycan həyata keçirdiyi səmərəli müstəqil dövlət quruculuğu və geniş islahatlar proqramlarını böyük uğurla aparılan iqtisadi və enerji siyasətində əldə edilən nailiyyətlər əsasında reallaşdıra bilir. Bu, özlüyündə daxili və xarici siyasət kursunun harmoniyasını tələb edən mürəkkəb prosesdir. Ölkə rəhbərliyi də bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlib, gəlir və bundan sonra da gələcək.

Hikmət Şikarov daha sonra bildirib: “Möhtərəm Prezident İlham Əliyevin reallaşdırdığı hər bir proqramın mərkəzində Azərbaycan vətəndaşı, onun həyat səviyyəsinin yüksəldilməsi dayanır. İnsan kapitalı ilk sıraya qoyulur. Dövlət başçısı hər zaman vətəndaşları narahat edən bütün məsələləri diqqət mərkəzində saxlayaraq, ölkə həyatının bu və ya digər sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində çevik və təxirəsalınmaz tədbirlər həyata keçirir. Bunun son nümunələrindən biri Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərmanın verilməsi oldu. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm olan bu fərman on minlərlə ailənin sevincinə səbəb oldu.

Hikmət Şikarovun qənaətincə, “Dövlət başçısının imzaladığı Fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Fərmanda da qeyd edildiyi kimi, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafeləri və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsipləri əsas götürülərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək başlıca məqsəddir. Eyni zamanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Qeyd olunan bütün müddəalar və problemlərin aradan qaldırılması üçün tətbiqi tələb olunan mexanizmlər birbaşa ilk növbədə Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, hüquqlarının qorunmasına xidmət edir. Xüsusən də mövcud çatışmazlıqları aradan qaldırmaq üçün 5 ay möhlət verilməsi həmin binalarda məskunlaşmış sakinlərin daha təhlükəsiz, daha rahat mənzillərdə yaşaması, onların maraqlarının hərtərəfli təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır”.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 467

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...