SİYASƏT
A- A A+

Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

2019-02-21 09:20:39

Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan miqrasiya məsələlərinə həsr olunmuş "Budapeşt prosesi" forumunda deyib

Dövlət başçısı bildirib ki, hazırda Türkiyədə 100 minə yaxın erməni yaşayır, onlardan 40 mini Türkiyə vətəndaşıdır:

"Türkiyə iqtisadi böhrana görə öz ölkələrindən qaçmağa məcbur olan erməniləri qovmur". R.T.Ərdoğan vurğulayıb ki, buna baxmayaraq, Qərb ölkələrində, o cümlədən Avropada 1915-ci il hadisələri ilə bağlı antitürk təbliğatı aparılır. Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə Ermənistandan Türkiyəyə 51,8 min turist gəlib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,37 faiz çoxdur.

Ötən ilin təkcə dekabr ayında Türkiyəyə 3,9 min Ermənistan vətəndaşı (2017-ci ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 10,26 faiz çox) səfər edib. Türkiyəyə gələn Ermənistan vətəndaşlarının sayı hər ay ən azı 3 faiz artır. Türkiyə KİV-ləri yazır ki, hər ay minimum 200 nəfər Ermənistan vətəndaşı Türkiyədə qalır və qeyri-leqal olaraq işə düzəlir. Bunu erməni "xalq diplomatiyası", daha dəqiq desək, Türkiyədə kök salmaq salmaq yolu adlandırmaq olar.

Xatırladaq ki, Türkiyənin Ticarət-Sənaye Palatasının (TOBB) məlumatına əsasən, 2018-ci ildə bu ölkədə erməni kapitallı 9 şirkət qeydiyyata alınıb. Göstərilən dövrdə Türkiyədə qeydiyyata alınan şirkətlərin ümumi kapitalı 1,1 milyon lirə (təqribən 213,6 min ABŞ dolları) təşkil edib. Ötən il erməni kapitallı şirkətlər əsasən (8 şirkət) İstanbulda qeydiyyatdan keçib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 598

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...