MÜSAHİBƏ
A- A A+

Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır

2019-02-21 09:10:21

.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qurumun baş direktorunun Afrika və xarici əlaqələr üzrə müavini Eduard Matoko ilə görüşüb. AZƏRTAC xəbər verir ki, A.Kərimov E.Matokonu yeni vəzifəsi münasibətilə təbrik edib, onun uzun illər UNESCO-dakı təcrübəsinin müavin kimi təşkilatın qarşıya qoyduğu məqsədlərə çatmasında böyük rolu olacağına əminliyini bildirib.

Görüşdə Azərbaycan-UNESCO münasibətləri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, ölkəmiz qurumun gənc üzvlərindən olmasına baxmayaraq, qısa müddətdə təşkilatın ən fəal üzvlərindən birinə çevrilib. Onun məqsəd və vəzifələrinin həyata keçirilməsində, bir çox layihələrinin reallaşdırılmasında yaxından iştirak edib. Bu tendensiyanın davam etdirildiyi, ölkəmizin UNESCO-nun önəm verdiyi mədəniyyətlərarası dialoqa, mədəni irsin qorunmasına, Afrika qitəsinin davamlı inkişafına töhfələri diqqətə çatdırılıb. A.Kərimov Azərbaycan-UNESCO əlaqələrinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətləri olduğunu vurğulayıb.

Cari ilin may ayında Bakıda UNESCO və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla birgə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, iyun-iyul aylarında isə Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının keçiriləcəyi qeyd edilib və UNESCO rəhbərliyinin bu tədbirlərə qatılması xahiş edilib. Eduard Matoko Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, Azərbaycan hökumətinin UNESCO-nun məram və məqsədlərinin həyata keçirilməsi üçün verdiyi töhfələrin əhəmiyyətini, eləcə də Afrika ilə bağlı layihələrdə yaxından iştirakını xüsusi dəyərləndirdiyini bildirib. E.Matoko Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu qeyd edərək, münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə inandığını vurğulayıb.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 382

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...