QHT və MEDİA
A- A A+

Xarici media Azərbaycan həqiqətlərindən yazır

2019-02-20 10:50:56

.

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavritaniya-Azərbaycan... Geniş əməkdaşlıq perspektivləri” sərlövhəli məqalə dərc edilib. Müəllifi mavritaniyalı Əbubəkir Afluat olan məqalədə 2010-cu ildə Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Respublikasına səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğu vurğulanır. Bildirilir ki, səfər zamanı kənd təsərrüfatı, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Prezident Məhəmməd Uld Əbdüləzizin Prezident İlham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb və bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edilib.

Məqalənin “Ümidverici münasibətlər...” yarımbaşlığı ilə verilən ikinci hissəsində ikitərəfli münasibətlərin hazırkı mərhələsinə toxunulur. “Tarixi haqq...” yarımbaşlığı ilə verilən hissədə isə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışılır. Vurğulanır ki, Mavritaniya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və digər 7 rayonunu işğal altında saxlayır. Beynəlxalq qərarlarda göstərildiyi kimi, Dağlıq Qarabağ qədim dövrlərdən Azərbaycanın ayrılmaz hissəsidir. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini irsin dağıdılmasını pisləyən qətnamələrdə işğala dərhal son qoyulması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması tələb edilir. Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarmaqla bağlı BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və digər beynəlxalq təşkilatların qətnamələrinin tələblərinə məhəl qoymadığını qeyd edən müəllif Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məscidlərin, tarixi abidələrin dağıldığını və talan edildiyini bildirir.

Yazıda 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi və iqtisadi strategiyanın həyata keçirildiyi bildirilir. Eyni zamanda, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilir.

Müəllif Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif aspektlərinə toxunaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə “İslam Həmrəyliyi İli” elan edildiyini, ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyini qeyd edir. Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan müəllif müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verdiyini diqqətə çatdırır.

Məqalənin “Sürətli inkişaf...” yarımbaşlığı ilə verilən hissəsində Azərbaycanın son dövrdə bütün sahələrdə əldə etdiyi sürətli və uğurlu inkişafından bəhs edilir. TANAP, İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi beynəlxalq layihələrdə ölkəmizin fəal rolu vurğulanır.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 182

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...