SİYASƏT
A- A A+

Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar

2019-02-20 10:05:54

.

Azərbaycanın həm daxildə, həm də beynəlxalq aləmdə əldə etdiyi nailiyyətləri həzm edə bilməyən xəyanətkar qruplar hər vəchlə ölkədə çaxnaşma yaratmağa çalışırlar. Lakin Əli Kərimli və Cəmil Həsənli kimi xəyanətkarların həyata keçirmək istədikləri niyyətləri fiaskoya məhkumdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O deyib ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində qeyd etdiyi kimi, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə, onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar.

Politoloq qeyd edib ki, milli xəyanətkarlar toplumu olan Əli Kərimli və Cəmil Həsənli cütlüyü xalq-iqtidar birliyini qəbul edə bilmir. Çünki bu insanlar daim ölkədə xaosun və qarşıdurmanın olmasında maraqlıdırlar. Bu şəxslər siyasi fəaliyyətlə yox, xaricdəki havadarlarının sifarişlərini yerinə yetirmək missiyaları ilə məşğuldurlar. Ancaq onlar xalq-iqtidar birliyi qarşısında öz cılız siyasətlərini yürüdə bilməyəcəklərini bilməlidirlər. Çünki güclü dövlət, güclü xalq amili məhz bu cür düşünməyə zəmin yaradır.

R.Qonaqov əlavə edib ki, Əli Həsənovun da məqaləsində qeyd etdiyi kimi, onlar sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir.

BMAM sədri bildirib ki, xalqımız dövlətinin və Prezidentinin yanında olmaqla xəyanətkarların, anti-Azərbaycan qüvvələrin fəallaşmasına imkan vermir. Xalqımız öz müdrikliyi ilə bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşəcək


Kateqoriya : SİYASƏT Baxış sayı : 400

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...