QHT və MEDİA
A- A A+

YAP Pirallahı rayon təşkilatı hesabat verib

2019-02-19 19:55:49

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair H E S A B A T I

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin,vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. Bu gün siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir.

Yaranmış sabitlik imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız Yeni Azərbaycan Partiyasının inkişaf yolu ilə gedir. Dünya birliyinə sürətlə inteqrasiya edən gənc,müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirir. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması, gənclərə diqqət və qayğı həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir.

Təsadüfi deyil ki, qəbul edilmiş dövlət proqramları uğurla icra edilir. Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı mühüm rolu olmuşdur. 19 fevral 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair Hesabat yığıncağı keçirildi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının əməkdaşları, İdarə Heyəti, Şura üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə Pirallahı qəsəbəsində yerləşən 168 №-li orta məktəbin iclas zalında keçirilən Hesabat yığıncağını açıq elan edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov gündəlikdə duran məsələləri yığıncaq iştirakçılarının nəzərinə çatdırdı. Tədbir iştirakçılarının yekdil qərarı ilə Hesabat yığıncağının gündəliyi təsdiq olundu. İlk öncə Hesabat çıxışı ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov 2018-ci ildə görülən işlərdən danışaraq qeyd etdi ki, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti məhsuldar olmuş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır.

11 aprel 2018-ci il - Prezident seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı üzvlərinin yüksək fəallığı bir daha yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. 2018-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər barədə məlumat verildi.

Hesabat çıxışına münasibət bildirən yığıncaq iştirakçıları 2018-ci ildə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab etdilər. Yeni Azərbaycan Partiyası Pirallahı rayo təşkilatının İdarə Heyətinin üzvləri Əli Kərimov, Ələddin Muxtarov, Sevda Alxasova, Mirdaməd İmanov, Fazil Məhəmmədov, Yaqub Hüseynov, Bəxtiyar Balakişiyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının rolunu qeyd etdilər.

2018-ci ildə partiya sıralarına qəbul edilmiş yeni üzvlərlə bağlı çıxışı zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov fəallığı ilə seçilən ərazi ilk partiya təşkilatlarının adlarını qeyd edərək, onlara gələcək fəaliyyətlərində də uğurlar arzu etdi. Bu gün partiya sıralarına perspektivli, gənc kadrların cəlb olunmasına üstünlük verilməsini ərazi ilk partiya təşkilatlarının sədrlərinin diqqətinə çatdırdı. Tədbir partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyanın üzvlük vəsiqələrinin təqdim edilməsi və 2018-ci ildə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etmiş partiya fəallarının Fəxri Fərmanla təltif olunması ilə başa çatdı.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 507

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...