MƏDƏNİ
A- A A+

QHT yeni layihəsini təqdim edib

2019-02-18 07:35:43

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondunun “ART-Motiv” adlı yeni layihəsinin təqdimatı olub

Tədbiri professor Buludxan Xəlilov açaraq layihə barədə fikirlərini bölüşüb. Bildirib ki, müasir dünyanın dəyişən tələblərinə uyğun oxu vərdişləri, münasibətlər sistemi yaranır və insanların bir-biri ilə ünsiyyət, kommunikasiya qaydaları müəyyənləşir. Zamanın tələblərinə uyğunlaşmağın özünü zaman tələb edir.

Professor qeyd edib ki, bu baxımdan tədbirin mahiyyəti bir az fərqlidir. “Çünki tədbirdə sözün, səsin, fikrin, düşüncənin vəhdətini görəcəyik. Layihənin mahiyyətində insan olmaq məsələsi, ətrafdakıları dərk etmək, dərk etdiklərini anlamaq və onu qarşı tərəfə ötürmək dayanır. Sabir Fondunun rəhbəri Sevda Tahirli layihədə dünya dörd görkəmli şəxsiyyətindən epizodlar gətirərək dünyaya bir qapı açıb. Nümayiş olunacaq videoçarxda Antuan de Sent Ekzüperinin “Dua”, Qabriel Qarsia Markesin “Vida məktubu”, Mahatma Qandinin “Dua”, Avraam Linkolnun oğlunun müəlliminə məktubundan epizod olacaq. Bu süjetdə ləyaqət, inam, etibar, insana və ətraf mühitə qiymət var”, - deyə Buludxan Xəlilov bildirib.

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. S.Tahirli təqdimatı keçirilən layihənin dünya ədəbiyyatının motivasiyaedici nümunələrini daha yaxından tanıtmaq və sevdirməklə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə, formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulduğunu söyləyib.

Qeyd edib ki, layihədə məqsəd yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaqla cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etməkdir. Sonra “ART-Motiv” adlı videoçarx nümayiş olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 380

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...