İQTİSADİ
A- A A+

"Davamlı inkişafın sosial-iqtisadi problemləri" mövzusunda beynəlxalq konfrans

2019-02-16 08:55:20

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development - ESD) təşkilatçılığı ilə "Davamlı inkişafın sosial-iqtisadi problemləri" mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Auditorlar Palatası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və digər dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri iştirak ediblər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov universitetin rektoru, professor Ədalət Muradovun salamlarını konfrans iştirakçılarına çatdırıb. S.Yaqubov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) adlanan 17 məqsədi və bu məqsədlərə uyğun olaraq müəyyən edilmiş 169 hədəfi özündə birləşdirən "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi" razılaşmasına qoşulduğunu barədə konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, alimlərin də bu təşəbbüsə dəstək olmasının vacibliyi nəzərə alınaraq, UNEC və ESD (Economic Social Development-Sosial İqtisadi İnkişaf) təşkilatının qarşılıqlı əməkdaşlığı ilə "Davamlı İnkişafın Sosial-iqtisadi problemləri" mövzusunda 37-ci Beynəlxalq Elmi Konfrans Bakıda təşkil olunub. S.Yaqubov dünyanın müxtəlif ölkələrindən altı istiqamət üzrə 201 məruzənin daxil olduğu beynəlxalq konfransda davamlı inkişaf konsepsiyasının əsas istiqamətlərinin öz əksini tapdığını vurğulayıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov beynəlxalq konfransa Bakının ev sahibliyi etməsini ölkədə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib. Nazirlik rəsmisi konfransa ölkənin aparıcı universitetlərindən olan UNEC-in təşkilatçılıq etməsini Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil və elm məkanında artan nüfuzundan xəbər verdiyini vurğulayıb. Konfransı sosial iqtisadi məsələlərin geniş müzakirə olunduğu bir platforma adlandıran Ş.Bayramov bildirib ki, ölkənin inkişaf strategiyasının həyata keçirilməsi üçün seçilmiş çevik mexanizm sosial iqtisadi inkişafın təmin olunmasına geniş imkanlar yaradıb: "Konfransa dünyanın müxtəlif ölkələrindən çoxsaylı alimlərin qatılması


Kateqoriya : İQTİSADİ Baxış sayı : 177

QHT və MEDİA

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

2019-05-16 07:55:17

QHT və MEDİA
Azərbaycanın ictimai-siyasi həyatında QH...
Azərbaycanın ictimai-siyasi həyatında QH...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri MDB PAA DİMBİ Bakı ...

CƏMİYYƏT

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

2019-05-15 10:25:01

CƏMİYYƏT
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb d...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...