SOSİAL
A- A A+

Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək

2019-02-16 08:50:11

Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməyim yalnız mənə yox, həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir. Tarix İnstitutundan verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov İnstitutun Elmi Şurasının iclasında çıxışı zamanı deyib.

Yaqub Mahmudov bildirib: “Bu gün Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Prezident tərəfindən təltif olunmağım daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələtinə cavabdır”. İnstitutun Elmi Şurası təltifə görə prezidentə təşəkkür edib. Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə, Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Tarix İnstitutu bu günlərdə Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək. Elmi Şuranın iclasında tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitablarının təqdimatı olub. N.Məmmədovun kitabının elmi məsləhətçisi Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur. Kitabda Yaqub Mahmudovun elmi yaradıcılığındakı Qarabağ mövzusu yığcam olaraq təhlil olunur. “Azərbaycan naminə” toplusu Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Topluda Y.Mahmudovun L.Şamxala verdiyi müsahibələr, institutla bağlı xəbərlər və s. yer alıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 616

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...