MƏDƏNİ
A- A A+

Strasburq kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb

2019-02-15 09:50:16

Strasburq bələdiyyə kitabxanası və mediatekasında “Azərbaycan ədəbiyyatı” bölməsi fəaliyyət göstərəcək

Bu haqda Kəpəz nəşriyyatının rəhbəri Nicat Kazımov bildirib. O qeyd edib ki, nəşriyyatın apardığı danışıqlar əsasında kitabxanada “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb və ədəbiyyatımızın fransız dilinə tərcümə edilmiş nümunələri yerləşdirilib. Artıq fransız oxucuları Azərbaycan ədəbiyyatının inciləri, tanınmış mütəfəkkirlərin, yazıçıların tərcümə edilmiş əsərləri ilə tanış olacaq və onları əldə edib evdə oxuya biləcəklər. Azərbaycan ədəbiyyat nümunələrinin bələdiyyə kitabxana və mediatekasında yerləşdirilməsi, onların Fransanın bütün kitabxanalarının bazasında olacaq və dövlət kitabxanaları bu kitablarla bağlı sifarişlər edəcək. Bu təkcə ədəbiyyatımızın deyil, eyni zamanda, ölkəmizin reallıqlarının fransız cəmiyyətində tanıdılmasına böyük töhfə verəcək. Artıq Nəriman Nərimanov və Hüseyn Abbaszadənin Kəpəz nəşriyyatı tərəfindən tərcümə olunmuş və nəşr edilmiş əsərləri kitabxananın “Azərbaycan ədəbiyyatı” bölməsinə, Əhməd bəy Ağayevin kitabı isə “Monde et Societe” bölməsinə yerləşdirilib. (Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 188

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...