MƏDƏNİ
A- A A+

Azərbaycan Televiziyasının 63 ili

2019-02-14 20:50:39

.

Bu nəcib yol 1956-cı ilin fevralın 14-də başlandı. Bakı Televiziya Studiyasının (indiki Azərbaycan Televiziyası) efirə çıxması ölkəmizin ictimai-siyasi və mədəni həyatında olduqca mühüm hadisəyə çevrildi. 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayan Azərbaycan Radiosu ilə yanaşı şərəfli yola 30 il sonra qoşulan Azərbaycan Televiziyası (AzTV) cəmiyyətimizin inkişafında müstəsna rol oynadı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

…Əslinə onun havasını udmaq istəyənlər çox oldu. Birilərinin bəxti gətirdi bu məkana illərini verdi. Digərlərinə isə yalnız kənardan baxmaq qismət oldu. Ana televiziyadan yüzlərlə insan digər televiziyalarda, nüxtəlif sahələrdə işləsələr də bu məbədin məktəbinin tələbələridilər. Fəaliyyətilə illərin ənənəsini özündə qoruyub saxlayan Azərbaycan Televiziyası ölkənin efir məkanında xalqa, millətə, dövlətə xidmət edir. Verilişləri ilə xalqın əsrlər boyu qoruyub saxladığı maddi-mənəvi dəyərlərin keşiyində dayanır. AzTV məktəbi keçməyən xeyli gənc sənət-peşə sahiblərinin yaratdığı yeni üslub dilimizə, tariximizə nə qədər zərbə vurur. Ancaq Azərbaycan Televiziyası hər zaman mənfi təzahürlərin efir məkanına daxil olmasının qarşısını alıb.

Hərdən bəzilərin bəyənmədiyi AzTV-də dövlətçilik xətti qorunub saxlanıb. Heç vaxt ucuz tamaşaçı zövgünə köklənməyib. AzTV bəzi televiziyaların efirdə deyilməyəcək , sözləri, abırsızlıq,səviyyəsizliyi heç zaman qapısından içəri buraxmadı. İndi dünyanın böyük dəyərlərə çox ehtiyacı var. Bu dəyərləri qorumağı isə Azərbaycan Televiziyasında çalışan hər bir əməkdaş boynunun müqəddəs yükü sayır.

Danışır Azərbaycan Radiosu! Hər an çoxalan radioların fonunda Azərbaycan Radiosunun yayımdakı verilişlərinin çəkisinə nəzər salsaq dinləyicisini öz cazibə qüvvəsinə çəkərək orada da televiziyanın gördüyü işlərin davamının şahidi olarıq.

Ümumiyyətlə, bütün dövrlərdə AzTV özünün Azərbaycançılıq ənənəsini qoruyub bu gün də ləyaqətlə saxlamaqdadır. İndi Azərbaycan televiziyası öz yoluna uğurla davam edir. Azərbaycan tamaşaçısı və dinləyiçisi tam əmin ola bilər ki, AzTV kanalı ilə evlərinə bir-birindən maraqlı verilişlər daxil olacaq. Bayramın mübarək Azərbaycan Televiziyası .

Mətanət Əsgərqızı

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 436

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...