QHT və MEDİA
A- A A+

İtaliya vətəndaşı Azərbaycan hökumətindən icazəsiz işğal olunmuş ərazilərimizə səfər etdiyinə görə üzr istəyib

2019-02-14 10:20:18

İtaliya Respublikasının vətəndaşı Culiyano Bifolki Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib. C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılmış və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib. C.Bifolkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 534

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...