2015-08-27 09:20:49 | MƏDƏNİYYƏT
Səmərqənd şəhərində “Şərq təranələri” X Beynəlxalq Musiqi Festivalı keçirilir

İki ildən bir keçirilən bu nüfuzlu musiqi bayramında dünyanın 80-dən çox ölkəsindən gələn musiqiçilər iştirak edirlər.

Festivalda ölkəmizi Azərbaycanın Əməkdar Artisti Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edir. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcəklər.
Yubiley festivalında 1997-ci ildə keçirilən “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalın “Qran pri” mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da fəxri qonaq kimi iştirak edir. Festival çərçivəsində elmi-nəzəri konfrans keçiriləcək, tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər-Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər. Ümumiyyətlə, Azərbaycan musiqiçiləri “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında uğurla iştirak ediblər. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə-Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əskərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər. Festival avqustun 31-dək davam edəcək.

 

 

 

Baxış sayı : 2219
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”