SOSİAL
A- A A+

Arizona Senatında Azərbaycanla bağlı təqdimat keçirilib

2019-02-13 13:55:01

ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında Azərbaycanla bağlı təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib

Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən senator Ceyven Mesnard senatorlara Azərbaycan haqqında məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Daha sonra C.Mesnard Azərbaycanın Los-Ancelesdəki baş konsulu N.Ağayevi senatorlara təqdim edib.

Arizona ştatına işçi səfəri çərçivəsində N.Ağayev, həmçinin Senatın sədri Karen Fan, Nümayəndələr Palatasının spikeri Rassel Bouers və bir sıra digər üzvlərlə görüşlər keçirib. Görüşlərdə baş konsul Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi mürəkkəb coğrafi məkan, iqtisadi inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verib. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışan baş konsul qanunvericiləri münaqişənin nizamlanması prosesinin hazırkı durumu barədə məlumatlandırıb.

Qeyd edək ki, 2013-cü ildən bəri Arizona Ştat Senatı və Nümayəndələr Palatası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Xocalı soyqırımını pisləyən, ölkəmizin strateji önəmini və multikulturalizm ənənələrini təqdir edən bir çox qətnamə və bəyannamələr qəbul edilib. Arizonaya səfəri müddətində baş konsul N.Ağayev ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) dəvəti ilə təşkilatın illik toplantısına qatılaraq Arizonadan olan ABŞ senatorları və konqresmenləri ilə də görüşüb


Kateqoriya : SOSİAL Baxış sayı : 379

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...