İQTİSADİ
A- A A+

Qocaman neftçinin 90 illik yubileyi

2019-02-12 20:05:39

SOCAR rəhbərliyi qocaman neftçini 90 illik yubileyi münasibəti ilə təbrik etdi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Qulu Abdul Qasım oğlunun 90 yaşı tamam olmuşdur. Qocaman netçini 90 illik yubileyi münasibəti ilə SOCAR-ın vitse-prezidenti David Məmmədov və şirkət rəhbəliyinin nümayəndələri evində ziyarət etmiş, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubiliyara çatdırmışlar.

Qocaman neftçi son illərdə ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs etmiş, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirmişdir.

R. Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlamışdır. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlamış, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlmişdir.

25 il Neftayırma və neft kimyası müəssisələrinin layihəndirilməsi İnstitutunun direktoru olan R. Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak etmişdir. R. Ağasıyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, “Şöhrət”, Azərbaycanın əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Toğrul

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 379

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...