SOSİAL
A- A A+

Qalib İmanov: “Aparılan maarifçilik işlərinin effektiv nəticələri var”

2019-02-12 19:50:58

Fact-info.az saytının suallarını Tİbb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Kardiologiya şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Qalib İmanov cavablandırır:

-Bu gün dünyada həmçinin Azərbaycanda bir sıra xəstəliklər o cümlədən ürək xəstəlikləri artmaqdadır. Bunun səbəbi nədir?

-Ürək-damar xəstəliklərinin sayı təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Ürək xəstələrinin dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da ürək xəstəlikləri çoxalıb və cavanlaşıb. Ürək xəstəliklərindən ölənlərin sayı xərçəng xəstəliyindən ölənlərin sayından çoxdur. Ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ürək-damar xəstəlikləri ilə bağlı klinikaya müraciətlər çox olur: həm böyüklər, həm də gənclər arasında bu xəstəliyə çox rast gəlinir. Kardiologiyanın aktual problemlərindən biri miokard infarktı ilə yanaşı arterial hipertoniyadır. Yüksək təzyiqi olan və diabetli xəstələrin sayı əvvəlki illərlə müqayisədə artır. Ürək xəstəliklərinin yaranmasına səbəb əsasən düzgün qidalanmamaq, oturaq həyat tərzi, artıq çəki, zərərli vərdişlərdir.

-Bu gün çox geniş yayılan əsəb-stress ürək –damar xəstəliklərinin yayılmasına təsir göstərirmi?

-Təbii ki, stress ürək xəstəliklərinin bu qədər artmasına təsir göstərən faktorlardan biridir. Stress bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə ürək xəstəliklərini artıran yanaşı gedən xəstəliklər də var: təzyiq xəstəliyi, şəkər xəstəliyi əvvəlki illərlə müqayisədə artır və xəstəlik cavanlaşır. Əlbəttə ki, zərərli vərdişlər də, məsələn, tütün istifadəsi, spirtli və energetik içkilərin kontrolsuz qəbulu bu xəstəliklərin yaranma riskini çoxalırdır.

-Uşaqlarda “anadangəlmə ürək qüsuru” xəsləliklərinin olması ilə bağlı daim məlumatlar yayılır. Bu barədə nə deyə bilərsiniz?

-Uşaqlara isə daha çox anadangəlmə ürək qüsurlarına daha çox rast gəlinir. Anadangəlmə ürək qüsurları xəstəliyi inkişaf etməmiş ölkələrdə daha çox yayılıb.

-Bu xəstəliklərin Azərbaycanda müalicəsi necə aparılır?

- Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir. Əvvəllər açıq əməliyyatla aradan qaldırılan patologiyalar, indi qapalı yolla bir damardan iynə ilə girməklə, bütün bu problemi həll edir. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır. Bu əməliyyatlarla artıq xeyli müddətdir Azərbaycanda məşğuluq. Ümumilikdə ürək patalogiyaları ilə bağlı bütün xəstəliklərin aradan qaldırılması üçün Azərbaycanda kifayət qədər potensial var.

-Necə düşünürsünüz tibbi maarifləndirməni genişləndirmək üçün bu gün nəyi etmək zəruridir?

-Təbii ki, tibbi maarifləndirmə işi hər zaman aparılmalıdır. İnsanlar düzgün qidalanmaqla bərabər hərəkətliliyi artırmalıdırlar. Çünki az hərəkətlilik öz mənfi təsirini göstərir. Ancaq bir məqamı vurğulamaq istərdim ki, son vaxtlar insanlar istirahət günlərində parklarda piyada gəzməyə, idman zallarında məşğul olmağa daha çox vaxt ayırırlar. Elə vaxtlar olur ki, idman zallarında yer tapmaq mümkün olmur. Deməli, aparılan maarifçilik işlərinin effektif nəticələri var. Xəstəliklərin yaranmasına ekoloji amillərin də təsiri unudulmamalıdır. Paytaxtımızda, insanlar yaşadıqları ərazilərdə təmizliyə çox diqqət yetirirlər, bu, məsələlərdə hər kəsin həssaslıq göstərməsi çox müsbət haldır. Bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişləndirilməlidir. Bu işlər təhsil ocaqlarında, TV-lərdə, intenet medaiada daha geniş aparılmalıdır.

-İnsanlar müalicə məqsədi bəzən xaricə üz tuturlar. Azərbaycanda həmin şəxslərin müalicəsini təmin etmək çətindir, yoxsa başqa səbəblər var?

-Əvvəllər xaricə üz tutanların sayı çox idi. Yalnız Avropa deyil, həmçinin qonşu ölkələrə müalicə məqsədilə gedənlərin sayı xeyli olub. Mən deyərdim bu gün vəziyyət dəyişib. Azərbaycanda ürək xəstəlikləri baxımından aparılan müalicə üsulları xaricdəkindən geri qalmır. Bizdə ən müasir tibb avadanlıqlarla təchiz olunmuş klinikalar və peşəkar kadrlar var. Belə avadanlıqlarla xarici klinikalardan daha keyfiyyətli iş görmək, yüksək səviyyəli əməliyyatlar keçirmək gücündəyik. Belə olduğu halda xaricə üz tutanların sayı getdikcə azalır. Azərbaycanda tibbi sığortanın tətbiqi bir çox problemlərimizin həllinə kömək olacaq. Artıq həkim xəstənin maddi imkanları haqqında deyil, müalicəsi ilə bağlı düşünəcək.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 2090

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...