QHT və MEDİA
A- A A+

Pakistan ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

2019-02-12 11:15:15

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə PTV dövlət televiziya kanalının “Diplomatic Enclave” proqramının qonağı olub

Səfir bu il Azərbaycan diplomatiyasının 100 illik yubileyinin qeyd edildiyini bildirərək istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyinin bərpasından sonra ölkəmizin dostluğa, əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yürütdüyünü qeyd edib. Diplomat müstəqil, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasətin Azərbaycanın ətrafında xoşməramlı mühitin formalaşmasına səbəb olduğunu və işğalçı Ermənistan istisna olmaqla ölkəmizin bütün dünya dövlətləri ilə möhkəm dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanla Pakistan arasında bərqərar olan dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin bu siyasətin göstəricisi olduğunu, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət göstərdiyini, ölkəmizin hər zaman Pakistanı bütün beynəlxalq və regional məsələlərdə dəstəklədiyini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini bölüşən Əli Əlizadə işğalçı Ermənistanın davam etdirdiyi təcavüzkar siyasət nəticəsində hələ də azərbaycanlıların erməni terroru və vəhşiliyindən əziyyət çəkdiyini diqqətə çatdırıb.

O, fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümünün tamam olduğunu, erməni işğalçılarının qəddarcasına törətdiyi Xocalı soyqırımının bunun bariz nümunəsi olduğunu, bir gecədə bu qədim şəhərin yerlə-yeksan edildiyini bildirib. Səfir Pakistanın Xocalı soyqırımını tanıyan ilk ölkələrdən olduğunu vurğulayıb, qəbul etdiyi qətnamələri ədalətin bərpası istiqamətində humanist addım adlandırıb, Pakistanın Azərbaycana dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb.

Azərbaycanın idarəetmə quruluşu, mədəniyyəti, elmi, səhiyyə sistemi, iqtisadiyyatı haqqında da aparıcının suallarını cavablandıran səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonşu dövlətin ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti, həyata keçirilən islahatlar, sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait hesabına respublikamızın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi istiqamətində fəaliyyət davam edir və qeyri-neft sektorunda iqtisadi artım təmin edilir.

Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeyd edən səfir bu sahədəki potensial haqqında məlumat verib, qarşılıqlı investisiya üçün imkanların olduğunu bildirib. O, iki ölkə arasında birbaşa hava reysləri açılacağı təqdirdə gediş-gəlişin daha da intensivləşəcəyini, son 2 ildə bu artımın 10 dəfədən çox olduğunu və daha da artacağını söyləyib. Humanitar və sosial sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən işlərin yüksək qiymətləndirildiyini, bu işlər nəticəsində Mehriban xanımın Pakistanın ən yüksək mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb.

Səfir, həmçinin aparıcının suallarına cavab olaraq Əfqanıstanda sülh və sabitliyin bərpasına Azərbaycanın verdiyi töhfələr, Pakistanın terrorizmlə və ekstremizmlə mübarizəsi, Kəşmir məsələsində Azərbaycanın mövqeyi və digər məsələlərlə bağlı fikirlərini də bölüşüb.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 341

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...