SİYASƏT
A- A A+

Bahar Muradova: Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

2019-02-12 10:40:14

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Bu ölkədə yüzminlərlə işçinin aylıq maaşının artmasına imkan verəcək

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə böyük zəmin yaradıb: “Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açıb”.

B.Muradova qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil edir: "Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən bütün ölkəboyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur".

Vitse-spiker vurğulayıb ki, ötən 15 ildə bu sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib: "Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir və bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır".


Kateqoriya : SİYASƏT Baxış sayı : 574

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...