SİYASƏT
A- A A+

"Prezidentin siyasi kursunun mərkəzində Azərbaycan vətəndaşı dayanır"

2019-02-10 22:00:01

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır:

"Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının mütəmadi olaraq daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Prezidentinin minumum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı da buna bariz nümunədir. Bu sərəncamla 2019-cu il martın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulub. Bu minumum əməkhaqqının hazırkı məbləğindən (130 manat) 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əməkhaqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna - 180 manata çatdırılmasına nail olunub. Hesablamalara görə, minimum əməkhaqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcək. Minimuməmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artıb".

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-i tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcək. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcək.

R.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, düşünülmüş, mərkəzində daima Azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da


Kateqoriya : SİYASƏT Baxış sayı : 378

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...