QHT və MEDİA
A- A A+

Giorgi Qoqua: Axalkalakidə erməni terrorçuya qoyulmuş abidə sökülməli və günahkarlar cəzalandırılmalıdır

2019-02-09 18:25:52

.

“Axalkalaki rayonunun Buğaşen kəndində M.Avakyan adlı erməni terrorçuya, əli günahsız insanların qanına batmış cinayətkara abidə qoyulması Gürcüstana arxadan zərbədir. Biz, gənclər buna biganə qala bilmərik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda gənclər təşkilatının üzvü, politoloq Giorgi Qoqua söyləyib. Gənc siyasətçi deyib: “Mənim fikrimcə, erməni separatçıların bu addımı sırf təxribat xarakterlidir. Onların bu addımı Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa yönəlmiş məqsədyönlü siyasi gedişdir”.

Onun sözlərinə görə, abidə sökülməli və günahkarlar cəzalandırılmalıdır. Gələcəkdə bu cür təxribatların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir. “Gürcüstan tolerant ölkədir. Bütün millətlər burada sərbəst, azad şəkildə yaşayırlar. Biz icazə verməməliyik ki, kimsə ölkəmizin daxilində qarşıdurma yaratmaqla bizim imicimizə zərbə vursun”, – deyə Qoqua vurğulayıb. Məlumat üçün qeyd edək ki, Giorgi Qoqua bir qrup gürcü gənclə Gürcüstanda yaşayan azərbaycanlıların fevralın 8-də Tbilisidə parlamentin binası qarşısında keçirdiyi aksiyaya dəstək veriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 583

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...