MÜSAHİBƏ
A- A A+

Firudin Həsənov: “Qəhrəmanlıq tariximizlə bağlı müxtəlif bədii filmlər çəkiliməlidir”

2019-02-09 12:00:36

Fact-info.az saytının qonağı Odlar Yurdu Universitetinin professoru Firudin Həsənovdur. O, təhsil, gənclərin intellektual səviyyəsi, vətənpərvərlik hisslərinin aşılanması və digər məqamlara toxunub

- Firudin müəllim, öncə ondan başlayaq ki, müasir gənclərin intellektual səviyyəsi sizi qane edirmi?

-Gənclik geniş anlayışdır. Müasir gənclər təbəqələşir, bəziləri elmə, təhsilə maraq göstərir, təhsil alır, bəzilərinin heç bir marağı yoxdur. Ümumilikdə götürəndə onu deyə bilərəm ki, tələbələrdə intellektual səviyyə məni o qədər qane etmir. Sovet dövründə mövcud olan mütaliə indiki gənclərdə yoxdur. Ali məktəbə hazırlaşan gənclər mövcud test sisteminə uyğun olaraq daha çox əzbərçiliyə meyl edirlər. Bu əzbərçilik mənfi təzahürlərini göstərir. Mənim fikrimcə, təhsildə yeniliklər lazımdır. Ancaq əvvəllər mövcud olan təhsil sisteminin üstün cəhətlərini saxlamaq və tətbiq etmək faydalı olar. Heç şübhəsiz ki, yenilikləri tətbiq etmək zəruri məsələdir. Yeni təsil sistemi üzərində daha çox çalışmaq lazımdır. Dünyada mövcud olan təcrübədən yararlanmaqla bərabər milli dəyərlərimizə, təhsil ənənələrimizə uyğun model hazırlanıb tətbiq olunmalıdır.

-Bəs mütaliə mədəniyyətinin aşağı düşməsinin səbəblərini nədə görürsünüz?

-Bu, çox ciddi məsələdir. Mütaliənin aşağı düşməsinə təsir edən səbəblər var. Dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları bir çox hallarda insanların həyatına təsir edir. İnformasiyanı çox qısa şəkildə internetdən oxuyan şəxsin bəzən böyük kitablar oxumağa həvəsi qalmır. Bəzən zamanı çatışmır. Burada sosial problemlərdə öz təsirini göstərir. Sosial qayğılar içərisində olan insanları yalnız şəxsi problemləri düşündürür. Mütaliəsizlik isə bütün hallarda fəsadlar verir. Bu məsələnin üzərində hər birimiz düşünməliyik. Mətbuat, televiziya bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Maarifçilik verilişləri əvəzinə bütün günü şit şoular mənfi təsirini göstərir. Hər şeyin əndazəsi var. Şou proqramlarda bəzi şəxslər özlərini apara bilmirlər. Küçədə özlərini necə aparırlarsa, həmin fornada telekanala çıxırlar. Evlərində, başqa məkanlarda nə danışırlar, hansı formada tərbiyyəsiz davranırlar, həmin fikri, efirə yaraşmayan sözləri efirə gətirirlər. Bəzi şou verilişlərdə mədəniyyət, davranış qaydaları, xalqın milli ənənələri yaddan çıxır. Savadsızın, özünü idarə edə bilməyənin televiziyada nə işi var? Biz müharibə şəharitində yaşayırıq. Gənc nəsl bu tip aparıcılardan, verilişlərdən maariflənə bilməz.

-Bəs nə təklif edərdiniz?

-Vətənpərvərlik ruhunu qaldıran verilişlərə birmənalı şəkildə yer vermək lazımdır. Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif filmlərin çəkilişinə, mütəmadi olaraq millətin tarixi ilə bağlı verilişlərin hazırlanmasına başlanmalıdır. Qəhrəmanlarınızın keçdiyi döyüş yolu, Qarabağ döyüşlərində misilsiz xidmətlər göstərən əsgərlərimizin qəhrəmanlığı haqqında filmlər çəkilməlidir Mənim qənaətimcə, belə filmlərin çəkilişi sürətlənməlidir. Çünki belə sənət nümunələri insan şüuruna, gənclərimizin dünyagörüşünə müsbət təsir edir. Təbii ki, bütün bunların təşəkkül tapması, filmlərin çəkilişi zamanla bağlı məsələlərdir. Xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı prinsipial mübarizədə qazandığı uğur böyük tarixi qələbə idi. Azərbaycan Respublikası 1991-ci ilin oktyabrın 18-də müstəqilliyinə qovuşdu. Ölkəmiz əsrin əvvəllərində itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu gün bizim bu müstəqilliyi qorumaq, möhkəmlədirmək ən ciddi missiyamızdır.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 771

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...