MƏDƏNİ
A- A A+

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərgi açılıb

2019-02-08 09:35:41

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar sərgi açılıb

Sərgidə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin Milli Qəhrəmanı təsvir edən rəsm əsərləri, həmçinin Mübariz İbrahimovun şərəfli ömür yolundan bəhs edən kitablar, məqalələr, həyatının müxtəlif vaxtlarında çəkdirdiyi fotolar nümayiş olunub. Sərginin açılışında Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aynur İsmayılova çıxış edərək Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz fədakarlıq və şücaətdən danışıb. O, Milli Qəhrəmanımızın müqəddəs amal uğrunda dönməz iradəsinin gənclərimiz üçün örnək ola biləcəyini qeyd edib. Daha sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə Mübariz İbrahimovun misilsiz qəhrəmanlığının onların hər biri üçün əsl vətənpərvərlik və cəsarət nümunəsi olduğunu bildirib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 305

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...