SİYASƏT
A- A A+

Milli Qəhrəman Mübariz İbrahimovun anım tədbirləri keçirilib

2019-02-08 09:20:46

.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçular Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb. Tədbirlərdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonrakı gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib. Tədbir çərçivəsində məktəblilər Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissədə olub, Müdafiə Nazirliyinin hərbi qulluqçuları isə Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 422

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...